22:59 31 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
60320

Qax rayonunun Əlibəyli kəndi yaxınlığında çay yatağında naməlum qadın meyiti aşkarlanıb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 mart — Sputnik. Qax rayonunun Əlibəyli kəndi yaxınlığında çay yatağında naməlum qadın meyiti aşkarlanıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinini verdiyi məlumata görə, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti bu gün saat 16:00 radələrində tapıblar.

Onlara rayonun Əlibəyli kəndinə gedən yolun yaxınlığından keçən çayda qadın meyiti olduğu barədə məlumat daxil olub.

Hadisə yerinə baxış zamanı meyitin 20-25 yaşlarında gənc qıza aid olduğu müəyyən edilib.

Tapılan meyit ekspertiza olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə verilib.

Hazırda Qax rayon Polis İdarəsinin və rayon prokurorluğunun əməkdaşları qadının şəxsiyyətinin müəyyənləşdirilməsi, eyni zamanda hansı şəraitdə ölməsi istiqamətində araşdırmalar aparır.

Əlaqədar

Bağlı qapı arxasından meyit tapıldı
Mənzildən yanmış meyit tapıldı
İstirahət mərkəzində meyit tapıldı
Teqlər:
Qax rayonu, Əlibəyli kəndi, Qax rayon Polis İdarəsi, çaydan qadın meyiti tapılıb, meyit, hüquq-mühafizə orqanları, prokurorluq, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsi, gənc qız

Əsas mövzular