13:23 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
30 0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi çaylardakı mövcud vəziyyətə dair monitorinqlərin nəticələrini açıqlayıb

BAKI, 11 noy — Sputnik. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 190-250, Kiçik Qafqazın çaylarında 240-480, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-140 faizini təşkil edir. Bu barədə Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir.

Tranzit çaylarda hazırki vəziyyət

Noyabrın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 198 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 133 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 91 m3/s olmaqla, ongünlük normanın 107 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 147 m3/s təşkil edərək ongünlük normanın 172 faizini təşkil etmişdir.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Noyabrın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Bankə 6 və Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində 8 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 489 (2015-ci il noyabrın 11-də 446 sm), Salyanda 382 (2015-ci il noyabrın 11-də 300 sm), Bankədə 259 (2015-ci il noyabrın 11-də 223 sm), Araz çayının Novruzlu məntəqəsində isə 204 sm (2015-ci il noyabrın 11-də 178 sm) təşkil edir.

Əlaqədar

Çaylarda daşqın ehtimalına dair rəsmi açıqlama verildi
Çaylardakı mövcud vəziyyət açıqlandı
Abşeronda çayxana sahibi güllələndi
Azərbaycanda çay rəngini və dadını dəyişdi
Yol qırağında dayanan adamı vurdu, maşını ilə birlikdə çaya düşdü
Teqlər:
sərfiyyat, Böyük Qafqaz, azalma, su, çay, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, monitorinq

Əsas mövzular