10:04 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
1305641

Alimlər Yerin quru hissəsinin çoxunun okean suları altında qalacağını və buzlaşma dövrünün başlayacağını proqnozlaşdırırlar.

BAKI, 24 okt-Sputnik. Artıq 278 gündən sonra Yer planetinə sirrli Nibiru planeti yaxınlaşacaq.

Sputnik xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə NASAda çalışan alimləri məlumat veriblər. NASA əməkdaşları "X planeti"nin yaxınlaşdığını xeyli vaxtdır ki, müşahidə ediblər.

Özlərini bu planetin axtarışına həsr edən mütəxəssislər hesab edirlər ki, onun Yer planetinə yaxınlaşması bizim planetdə həyat üçün fəlakətlə nəticələnəcək. Onların proqnozuna görə, Nibiru Dünya Okeanının səviyyəsinin artmasına səbəb olacaq. Su qısa müddətə 60 metr yüksələcək. Ona görə də, bütün aran əraziləri su basacaq. Buzlaqların əriməsi sürətlənəcək. Bu səbədən isə su daha 40 metr yüksələcək və yeni quru əraziləri udacaq.

Proxima b planeti
© REUTERS / Kornmesser/Handout via Reuters
Bu hələ mifik planetin Yerə yaxınlaşması nəticəsində baş verəcək yeganə fəlakətlər deyil. O, Yer planetinin fırlanmasını 25,3 dərəcə azaldacaq. 

Alimlər əmindirlər ki, Nibiru Yer kürəsinin qütblərinin dəyişməsinə səbəb olacaq. O, həmçinin Yelloustoun vulkanını oyadacaq ki, o da üçüncü püskürmədən sonra ABŞ-ı tamamilə məhv edə bilər.

Mütəxəssislərin hesablamalarına görə, Nibiru Qolfstrimi də dayandıracaq və bununla da Yer planetinə yeni buzlaşma dövrü gələcək.
Ekspertlər əmindirlər ki, belə şəraitdə yalnız dağlıq regionların əhalisi yaşaya biləcək.

Qeyd edək ki, 2016-cı ildə "Yandex" başda olmaqla bir sıra axtarış sistemlərində Nibirunin yaxınlaşma ilə bağlı xəbərlər ən çox axtarılanlar sırasındadır.
Xarici KİV-lər hansısa X planetinin Yeri məhv edəcəyi ilə bağlı yazsalar da, bununla bağlı heç bir elmi məqaləyə istinad yoxdur.

"Bu Nibirunu mütəxəssislər çoxdan axtarırlar. Hazırda dünyada baş verən bütün kataklizmlər, naməlum planetin yaxınlaşması ilə əlaqədardır" — deyə mənbələrdən biri yazır.

Bu planetin Yer kürəsindən 4 dəfə böyük olduğu və onunla bizim planet arasında çox yaxın məsafə olduğu, Yerdəki bütün fəlakətlərin səbəbkarının məhz bu sirrli planet olduğu bildirilir.

Hətta həvəskar nəzəriyyəçilərdən biri qeyd edib ki, astronomlar bu planetlə bağlı məlumatlıdırlar, sadəcə Yer əhalisi arasında panika yaratmamaq üçün onunla bağlı elmi mənbələrdə məlumat vermirlər.

Qeyd edək ki, Yer kürəsində həyatın sonunun Nibirunun yaxınlaşması ilə başa çatacağı ideyasını ilk dəfə Viskonsindən olan Nensi Lider ortaya atıb. O, uşaqlıqda boz planet "Zetas"dan gəlmiş yadplanetlilərlə kontakta girdiyini, onun beyninə informasiya ötürücüsünün implantasiya edildiyini bildirib. O, 1995-ci ildən başlayaraq "kosmoslularla əlaqələr" barədə zetatalk.com saytında məqalələr yazmağa başlayıb. 2001-ci ildə o bildirib ki, Yerə "X planeti" yaxınlaşır. O bu "görüş"ün Yerdəki sivilizasiyanı məhv edəcəyini, qütblərin dəyişməsi ilə əlaqədar olaraq yer qabığının tərpənəcəyini və "dünyanın sonu"nun 2003-cü ilin 27 mayında baş verəcəyini bildirmişdi. 

Lakin sonradan NASA əməkdaşları Yer həndəvərindəki "X planetlər" və onların Yerə təsirləri barədə müxtəlif açıqlamalar verdilər. Onlar Nibiru barədə deyilənləri birbaşa olmasa da, dolayısı ilə təsdiqlədilər.

"Yer kürəsi yaxın zamanlarda müxtəlif kataklizmlər yaşayacaq. Bu buzlaqların əriməsi, okeanların dibindəki dəyişikliklər, Qolfstimin vaxtaşırı nəzarətdən çıxması ilə əlaqədar olacaq. Əgər biz desək ki, burada kosmik amillərin rolu yoxdur, bu peşəkarcasına olmaz" — deyə NASA-nın əməkdaşlarından biri bildirib.

Astronomlar Nibirunu Günəş sisteminin 10-ci planeti kimi işarələyiblər və onun elleps formasında olduğunu qeyd edirlər. 2012-ci ildə Yeni Zelandiyada səmada aydın görünən, amma elmə məlum olmayan planetin şəklini çəkiblər. Vaxtaşırı Günəş sistemində Yerin yaxınlığında ona oxşayan planetin mövcudluğu barədə söhbətlər meydana çıxır. Amma NASA hələlik bu barədə hər hansı açıqlama verməkdən çəkinir.

Əlaqədar

Yaşayış üçün Yer qədər əlverişli planet tapıldı
"Qırmızı planet"dən sensasiyalı xəbər: onu kim "bombardıman" etdi?
Günəş sistemində dünyadan 10 qat böyük olan yeni planet kəşf edilib
İnsanın yaşaya biləcəyi yeni planet tapıldı
Teqlər:
Viskonsin, Nensi Lider, Qolfstrim, Yandex, vulkan, Yelloustoun, Nibiru, Yer kürəsi, NASA, planet, Okean

Əsas mövzular