16:34 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Yağış

Yenə yağış gözlənilir

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
31 0 0

Sentyabrın 20-21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir

BAKI, 19 sen — Sputnik. Bakı və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Осень
© Sputnik / Сергей Мальгавко

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə yarımadada 17-20° isti, gündüz 26-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə: Sentyabrın 20-21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Əlaqədar

Paytaxt və bölgələrdə yağış yağacaq
Sabah yağış yağacaq
Qısamüddətli yağış gözlənilir
Yağış Bakını da tutacaq
Yenə yağış olacaq
Bakıda yağış gözlənilir
Rayonlarda yağış və şimşək gözlənilir
Teqlər:
bulud, soyuq, isti, külək, hava, yağış

Əsas mövzular