BAKI, 18 sen-Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 17-20° isti, gündüz 25-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 19-da hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.