16:09 24 Fevral 2018
Canlı yayım
Ələt-Astara magistral yolunun 199-cu kilometrliyində ağır avtomobil qəzası baş verib

Beləliklə, iki nəfər həyatını itirdi

© Foto: REPORT
XƏBƏRLƏR
Qısa URL
12302

Bu səhər Lənkəranda baş verən qəzanın təfərrüatları.

Rahim Zakiroğlu-Sputnik Azərbaycan

BAKI, 4 avq-Sputnik. Bu gün səhər saatlarında Lənkəran rayonu ərazisində ölümlə nəticələnən ağır avtomobil qəzası baş verib. Qəza Ələt-Astara magistral yolunun 199-cu kilometrliyində, Lənkəran rayonu ərazisindən keçən hissəsində baş verib.

Qəzada “VAZ-2107” markalı minik avtomobili ilə yük avtomobili toqquşub
Qəzada “VAZ-2107” markalı minik avtomobili ilə yük avtomobili toqquşub

"VAZ-2107" markalı 90-RC-124 dövlət nömrə nişanlı minik avtomobili ilə "İVECO" markalı H 013-406 nömrə nişanlı yük avtomobili toqquşub. Nəticədə iki nəfər elə hadisə yerində dünyasını dəyişib.

Hadisə zamanı həyatlarını itirənlər Lənkəran rayon sakini, 1986-cı il təvəllüdlü İbadov Famil Balarəhi oğlu və onun sərnişini, Lerik rayon Bobogil kənd sakini Bəndiyev Rasif Arif oğludur.

Deformasiyaya uğramış avtomobilin içərisində sıxılıb qalan meyitləri FHN-in xilasediciləri çıxarıb
© Foto: REPORT IA
Deformasiyaya uğramış avtomobilin içərisində sıxılıb qalan meyitləri FHN-in xilasediciləri çıxarıb

Qeyd edək ki, qəzada deformasiyaya uğrayan "VAZ-2107" markalı avtomobilin içərisində sıxılıb qalan meyitlər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılıb. "IVECO" markalı yük avtomobilinin sürücüsü, 1982-ci il təvəllüdlü Lənkəran rayon sakini Dadaşov Seymur Nizami oğlu yüngül xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Əlaqədar

Tovuzda ağır qəza baş verib
Türk vətəndaşı qəza törətdi
Qaraçılar dəhşətli qəza törətdilər
Gəncədə bir saat ərzində iki qəza baş verib
8-ci kilometrdə dəhşətli qəza baş verib
Teqlər:
İVECO, "VAZ-2107", Baş Dövlət Yol Polisi İdarəsi, Lənkəran, Fövqəladə Hallar Nazirliyi, avtomobil qəzası

Əsas mövzular