Beləliklə, iki nəfər həyatını itirdi

© Photo : REPORTƏlət-Astara magistral yolunun 199-cu kilometrliyində ağır avtomobil qəzası baş verib
Ələt-Astara magistral yolunun 199-cu kilometrliyində ağır avtomobil qəzası baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Bu səhər Lənkəranda baş verən qəzanın təfərrüatları.

Rahim Zakiroğlu-Sputnik Azərbaycan

BAKI, 4 avq-Sputnik. Bu gün səhər saatlarında Lənkəran rayonu ərazisində ölümlə nəticələnən ağır avtomobil qəzası baş verib. Qəza Ələt-Astara magistral yolunun 199-cu kilometrliyində, Lənkəran rayonu ərazisindən keçən hissəsində baş verib.

© Photo : REPORTQəzada “VAZ-2107” markalı minik avtomobili ilə yük avtomobili toqquşub
Qəzada “VAZ-2107” markalı minik avtomobili ilə yük avtomobili toqquşub - Sputnik Azərbaycan
Qəzada “VAZ-2107” markalı minik avtomobili ilə yük avtomobili toqquşub

"VAZ-2107" markalı 90-RC-124 dövlət nömrə nişanlı minik avtomobili ilə "İVECO" markalı H 013-406 nömrə nişanlı yük avtomobili toqquşub. Nəticədə iki nəfər elə hadisə yerində dünyasını dəyişib.

Hadisə zamanı həyatlarını itirənlər Lənkəran rayon sakini, 1986-cı il təvəllüdlü İbadov Famil Balarəhi oğlu və onun sərnişini, Lerik rayon Bobogil kənd sakini Bəndiyev Rasif Arif oğludur.

© Photo : REPORT IADeformasiyaya uğramış avtomobilin içərisində sıxılıb qalan meyitləri FHN-in xilasediciləri çıxarıb
Deformasiyaya uğramış avtomobilin içərisində sıxılıb qalan meyitləri FHN-in xilasediciləri çıxarıb - Sputnik Azərbaycan
Deformasiyaya uğramış avtomobilin içərisində sıxılıb qalan meyitləri FHN-in xilasediciləri çıxarıb

Qeyd edək ki, qəzada deformasiyaya uğrayan "VAZ-2107" markalı avtomobilin içərisində sıxılıb qalan meyitlər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılıb. "IVECO" markalı yük avtomobilinin sürücüsü, 1982-ci il təvəllüdlü Lənkəran rayon sakini Dadaşov Seymur Nizami oğlu yüngül xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Xəbər lenti
0