00:05 02 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
2710

Rayonda keçirilən görüş zamanı Şəkinin aqrar bölgə olduğu və bu sahədə ikitərəfli əməkdaşlıqların həyata keçirilməsi barədə də müzakirələr aparılıb

BAKI, 11 iyul — Sputnik. İsveçin Azərbaycandakı səfiri İngrid Tersman Şəkidə səfərdədir. Sputnik-in bölgə müxbiri xəbər verir ki, səfir Şəki RİH-in başçısı Elxan Usubovla görüşüb.

Görüş zamanı ikitərəfli münasibətlər müzakirə edilib. Bir çox sahələrdə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Səfir İngrid Tersman 7 aydır Azərbaycanda olduğunu vurğulayıb. Səfər zamanı Şəkinin tarixi, mətbəxi və bir çox sahəsi ilə yaxından tanış olduğunu deyən İngrid Tersman şəhərə heyran olduğunu bildirib.

Öz növbəsində Elxan Usubov şəhərdə keçirilən beynəlxalq dərəcəli festivallar barəsində qonağı məlumatlandırıb. İsveçin folklor qrupunu növbəti İpək Yolu Beynəlxalq Musiqi festivalında iştirak etməyə dəvət edib.

Görüş zamanı Şəkinin aqrar bölgə olduğu və bu sahədə ikitərəfli əməkdaşlıqların həyata keçirilməsi barədə də müzakirələr aparılıb. Həmçinin iki ölkə arasında turizmin inkişafı üçün də atıla biləcək addımlar barədə danışılıb. Bu sahənin yaxın gələcəkdə inkişaf etməsi üçün çox geniş potensiala malik olduğu vurğulanıb.

Hər il Şəkiyə gələn turistlərin 30%-nin avropalılar olduğu qeyd edilib. Bu rəqəmlərin arta biləcəyi vurğulanıb. Sonda tərəflə bir-birlərinə hədiyyə verib.

Əlaqədar

Şəki halvaçılarının sirri
Şəkinin kəndlərində itlər əhaliyə hücum edir
Şəki Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edildi
Şəkidə çaqqal kəndliləri dişlədi
Şəkidə üç otaqlı ev tamam yanıb
Teqlər:
Elxan Usubov, İngrid Tersman, Şəki, İsveç, səfər, Azərbaycan, səfir

Əsas mövzular