21:29 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
17201

250 milyon insandan 183 milyonu azı bir dəfə ondan istifadə edib

BAKI, 23 iyun — Sputnik. Dünyada narkotik maddələrdən istifadə səbəbilə xəstəliklərdən əziyyət çəkən insanların sayı 29 milyon nəfəri keçib. Sputnik Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə BMT-nin illik hesabatında qeyd olunub.

BMT nəzdindəki Narkotiklər və Cinayətkarlıq İdarəsinin bu gün nəşr edilən illik dünya hesabatında yazılır ki, dünyanın yetkin əhalisinin 5%-i — təqribən 250 milyon insan 2014-cü ildə azı bir dəfə qadağan edilmiş maddələrdən istifadə edib.

"Bundan əlavə, 12 milyon adam narkotiki venadaxili qəbul edir, onların 14%-i HİV-ə yoluxub", — deyə ekspertlər bildiriblər.

Məlumata görə, ən çox yayılmış və yasaqlanmış maddə yenə də kannabisdir. 2014-cü ildə 250 milyon adamdan 183 milyonu azı bir dəfə ondan istifadə edib.

Əlaqədar

Nazirlik əməkdaşında narkotik və silah aşkarlandı
Bəzi preparatlar narkotik vasitələr siyahısına salındı
"Ot qismində qəbul olunan narkotik maddələrə görə "miqdar limitini" götürmək lazımdır"
Millət vəkili narkotik maddədən istifadəni leqallaşdırmağı təklif edir
"Uzun müddətdir, İrandan Azərbaycana narkotik daşınır"
Dabandan narkotik çıxdı
Teqlər:
kannabis, Narkotiklər və Cinayətkarlıq İdarəsi, illik hesabat, narkotik maddə, narkoman, BMT

Əsas mövzular