BAKI, 23 iyun — Sputnik. Dünyada narkotik maddələrdən istifadə səbəbilə xəstəliklərdən əziyyət çəkən insanların sayı 29 milyon nəfəri keçib. Sputnik Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə BMT-nin illik hesabatında qeyd olunub.
BMT nəzdindəki Narkotiklər və Cinayətkarlıq İdarəsinin bu gün nəşr edilən illik dünya hesabatında yazılır ki, dünyanın yetkin əhalisinin 5%-i — təqribən 250 milyon insan 2014-cü ildə azı bir dəfə qadağan edilmiş maddələrdən istifadə edib.
"Bundan əlavə, 12 milyon adam narkotiki venadaxili qəbul edir, onların 14%-i HİV-ə yoluxub", — deyə ekspertlər bildiriblər.
Məlumata görə, ən çox yayılmış və yasaqlanmış maddə yenə də kannabisdir. 2014-cü ildə 250 milyon adamdan 183 milyonu azı bir dəfə ondan istifadə edib.