01:19 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
İçməli su

Xəbərdarlıq: Bakıya və bir sıra rayonlara içməli su məhdudiyyətlərlə veriləcək

XƏBƏRLƏR
Qısa URL
115 0 0

Son günlər intensiv yağıntılarla əlaqədar Kür çayında suyun bulanıqlığı dəfələrlə artıb.

BAKI, 14 iyun-Sputnik. Bu gün Bakının və respublikanın bəzi rayonlarına içməli su məhdudiyyətlərlə veriləcək.

Bu barədə Sputnik-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Məlumatda bildirilir ki, son günlər intensiv yağıntılarla əlaqədar Kür çayında suyun bulanıqlığı dəfələrlə artıb. Bununla əlaqədar Kür Sutəmizləyici Qurğularında suyun emalı mümkün olmadığından Kür-Bakı, Şirvan-Muğan və Saatlı-Sabirabad qrup su kəmərləri ilə suyun nəqli dayandırılıb.

14 iyun 2016-cı il tarixdə gün ərzində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Biləsuvar şəhərlərinə, həmçinin Bakı şəhərinin Qaradağ rayonunun, Badamdar, Binəqədi, Biləcəri, Xocasən qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. Nizami və Xətai rayonlarının bəzi ərazilərində isə su təchizatı qrafikli rejimə keçiriləcəkdir.

Əlaqədar

Bakı susuz qala bilər
“Azərsu” ASC tariflərin artırılmasına münasibət bildirib
"Azərsu" ASC-də ciddi nöqsanlar aşkarlanıb
"Azərsu"da faciə baş verib
“Azərişıq” “Azərsu”nun işığını kəsəcək
Teqlər:
Xətai rayonu, Nizami, Kür çayı, Kür-Bakı, Şirvan-Muğan, Saatlı-Sabirabad, rayonlar, "Azərsu" ASC, Bakı, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti

Əsas mövzular