Bakı susuz qala bilər

© Photo : OpenAzQəbələdə sel
Qəbələdə sel - Sputnik Azərbaycan
Abunə olmaq
İsmayıllı rayonuna yağan aramsız yağış və dolu Oğuz-Qəbələ-Bakı su kəmərinin rayon ərazisindən keçən hissəsində təhlükə yaradıb.

BAKI, 13 iyun-Sputnik. İyunun 12-də İsmayıllı rayonuna yağan aramsız yağış və dolu Oğuz-Qəbələ-Bakı su kəmərinin rayon ərazisindən keçən hissəsində təhlükə yaradıb.

Sputnik Trend-ə istinadla bildirir ki, bu barədə İsmayıllı rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, sel və dolu nəticəsində Oğuz-Qəbələ-Bakı su kəmərinin rayonun Kürdmaşı kəndi ərazisindən keçən 66-cı kilometrliyi sel suları nəticəsində yuyulmaya məruz qalıb.

Hazırda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev hadisə yerindədirlər. Rəsmilər hadisə yerinə baxış keçirirlər.

Mütəxəssislər bu vəziyyətlə əlaqədar olaraq Bakının su təchizatında müəyyən problemlərin yaranacağını istisna etmirlər.

Xəbər lenti
0