03:17 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Alparslan Çelik

Türk deputat: "Alparslan Çeliki rus pilotunu öldürdüyünə görə tutmayıblar"

© REUTERS /
XƏBƏRLƏR
Qısa URL
4101

Atilla Kaya: Hesab edirəm ki, bu həbsin arxasında başqa bir olay var.

BAKI, 1 aprel-Sputnik."Alparslan Çeliki rus pilotunu öldürdüyünə görə tutmayıblar".

Sputnik musavat.com-a istinadla xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Atilla Kaya deyib.
"O, bizim təlimatımızla hər hansı addım atmır. Özünü tanıyıram. Daha öncə Ülkü Ocaqlarına gedib-gəlib. Amma Türkiyə mediasının onu bu şəkildə təqdim etməsi artıq adət halına çevrilib. Hesab edək ki, bir şəxs cinayət əməli törədib. Zamanında isə MHP-nin üzvü olub. Ondan sonra ANAP-a, daha sonra isə AKP-yə keçib. Amma media onu MHP-li kimi təqdim edir. Bu, medianın arzuedilməz adətlərindən biridir." — deyə Kaya Çelikin MHP üzvü kimi təqdim edilməsinə etiraz edərək bildirib.

Millət vəkili deyib ki, A.Çelik və onun dəstəsinin gözaltına alınması səbəbləri bəlli deyil, hazırda bu məsələ araşdırılır: "Hesab edirəm ki, bu həbsin arxasında başqa bir olay var. Çünki dəstə üzvlərinin üzərindən silah tapılıb. Silah daşımaq isə qanunla qadağandır".

A.Kayanın fikrincə, A.Çeliki rus pilotu öldürməsi ilə bağlı saxlamayblar: "Çünki onun rus pilotu öldürməsi ilə bağlı ortada hər hansı sübut yoxdur. Bu, sadəcə sensasional bir iddiadır".

2015-ci il noyabrın axırlarında Türkiyənin hava sərhəddini pozduğu üçün vurulan Su-24 Rusiya qırıcısının pilotu Oleq Peşkovu öldürdüyü iddia edilən Alparslan Çelik ötən gün bir qrup dostu ilə gəldiyi İzmirdə həbs edilib.

Alparslan Çelik İzmir restoranlarının birində yemək yediyi zaman 14 nəfərlə birlikdə saxlanılıb.

Alparslan Çelik 2015-ci il noyabrın 20-də Rusiyaya məxsus Su-24 təyyarəsinin paraşütlə xilas olmağa çalışan pilotunu vurması ilə məşhurlaşıb. Çelikin Suriya ərazisindəki Bayır-Bucaq türkmənləri ilə birlikdə Bəşər Əsəd rejiminə qarşı vuruşan qruplardan birinin komandiri olduğu söylənilir.Məlumata görə, Çelik ötən gün 14 türkmən silahdaşı ilə birlikdə İzmir şəhərinə gəlib.
Türkiyə mediasınını yazdığına görə, Alparslan Çelik Rusiya tərəfindən terrorçu elan edilib və RF-nın xüsusi xidmət orqanları tərəfindən izlənilib. Odur ki, onun qəfildən İzmirdə peyda olması və polis tərəfindən saxlanılması müxtəlif mülahizələrə yol açıb.

Polisə Çeliyin də aralarında olduğu 14 nəfər silahlının restoranda əyləşdiyi barədə məlumat daxil olub. Polis dərhal hərəkətə keçib və 14 türkmən döyüşçüsünü həbs edib.

Həbs edilən zaman 14 nəfərlik qrupdan bir "Kalaşnikov" avtomatı, iki tapança, habelə çoxlu sayda patron götürülüb. Qrup üzvlərinin ifadəsini almaq məqsədilə onlar polis idarəsinə aparılıb.
Saxlanılan şəxslərdən Sərxan Qurtuluşun vəkili Sıdık Caner türkmənlərin saxlanılmasının heç bir hüquqi əsası olmadığını bəyan edib.

Rusiya prezidenti Vladimir Putin Ankaranın Su-24 təyyarəsini vurmasını və pilotun öldürülməsini "kürəyə vurulan zərbə" kimi qiymətləndirmişdi. Rəsmi Moskva Türkiyə hakimiyyətindən Çelik və onun silahdaşlarının təcili tapılaraq Peşkovun ölümünə görə cinayət məsuliyyətinə cəlb olunması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb etmişdi.

Əlaqədar

Türkiyədən gözlənilən Rusiya jesti gəldi
Türkiyə Kremlin tələbini yerinə yetirdi
Teqlər:
Atilla Kaya, Alparslan Çelik, Türkiyə Böyük Millət Məclisi, pilot, MHP, Türkiyə

Əsas mövzular