Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Alparslan Çeliyin İzmirdə həbs olunması Moskvaya mühüm mesajdır"

© REUTERSAlparslan Çelik
Alparslan Çelik - Sputnik Azərbaycan
Abunə olmaq
Əvvəlki aylarla müqayisədə Rusiya-Türkiyə münasibətlərində yumşalma hiss olunur.

BAKI, 1 aprel — Sputnik. Türkiyənin hava məkanını pozduğu üçün vurulan Rusiya qırıcısının pilotunu öldürdüyü iddia edilən Alparslan Çelik silah dostları ilə gəldiyi İzmirdə həbs edilib.

Sputnik xəbər verir ki, Alparslan Çelik İzmirdəki restoranlardan birində yemək yediyi zaman 14 nəfərlə birlikdə saxlanılıb.

Alparslan Çelik 2015-ci il noyabrın 20-də Rusiyaya məxsus Su-24 təyyarəsinin paraşütlə xilas olmağa çalışan pilotunu vurması ilə gündəmə gəlmişdi. O, Suriya ərazisi hesab edilən Bayır-Bucaq türkmən bölgəsində Bəşər Əsəd rejiminə qarşı savaşan qruplardan birinin komandiri kimi tanınırdı. Çelik Rusiyanın xüsusi xidmət orqanlarının da hədəfində idi. Lakin onun qəfildən İzmirdə ortaya çıxması və polis tərəfindən həbs edilməsi marağa səbəb olub.

Polis basqını ilə həbs olunan 14 nəfərlik qrupdan bir ədəd "Kalaşnikov" avtomatı, iki tapança, habelə çoxlu sayda patron götürülüb. Qrup üzvlərinin ifadəsini almaq məqsədilə onlar polis idarəsinə aparılıb. Saxlanılan şəxslərdən Serkan Kurtuluşun vəkili Sıdık Caner türkmənlərin həbsini düzgün hesab etmədiklərini bildirib.

© Photo : Y.Çinarın şəxsi arxivindənYusuf Çinar, türkiyəli politoloq
Yusuf Çinar, türkiyəli politoloq - Sputnik Azərbaycan
Yusuf Çinar, türkiyəli politoloq

Mövzunu Sputnik üçün şərh edən türkiyəli politoloq Yusuf Çınar, Rusiya-Türkiyə münasibətlərində əvvəlki aylarla müqayisədə yumşalma hiss olunduğunu deyib:

"Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Türkiyə ilə Rusiya arasındakı böhranın keçici olduğunu bildirdikdən sonra Baş nazir Əhməd Davudoğlu iki ölkə arasındakı bu gərginliyin qısa müddətli olduğunu təsdiq etmişdi. Hətta Davudoğlu Türkiyənin hava məkanını pozan təyyarənin Rusiyaya aid olduğunu bilmədikləri üçün vurulduğunu, əks təqdirdə başqa cür davranmış ola biləcəklərini də demişdi".

Yusuf Çınar, Rusiyadan gələn yumşaldıcı havanın Türkiyədə qarşılıq tapdığını söyləyib:

"Zaxarova və Davudoğlunun qarşılıqlı açıqlamalarından sonra Alparsalan Çeliyin polis tərəfindən nəzarətə alınması məncə Rusiyaya müsbət bir mesajdır. Əgər Rusiya bu jestə müsbət cavab versə, əlaqələr daha da yumşala bilər".

Politoloq, türk tərəfinin bu addımının Rusiyada müsbət qarşılanacağını təxmin edib:

"Çeliyin həbsinin Rusiyada da müsbət qarşılanacağını təxmin edirəm. Rusiya və Türkiyə arasındakı gərginlik, hər iki ölkənin iqtisadiyyatına olduqca mənfi təsir göstərdi. Münasibətlərin düzəlməsi iki tərəfin də xeyrinədir".

Mövzu ilə bağlı Sputnik-ə danışan politoloq Qabil Hüseynli də türkiyəli həmkarı ilə eyni fikirdədir.

© youtubeQabil Huseynli
Qabil Huseynli - Sputnik Azərbaycan
Qabil Huseynli

Alparslan Çeliyin İzmirdə həbs olunmasını Moskvaya mesaj kimi dəyərləndirən Hüseynli, son günlər Türkiyə ilə Rusiyanın bir-birilərinə qarşılıqlı jestlər etdiyini söyləyib:

"Sözsüz ki, türk tərəfinin bu addımı Rusiyaya birbaşa mesajdır, jestdir. Ümumiyyətlə, son vaxtlar Moskva və Ankara əlaqələri normal axara salmaq üçün müəyyən cəhdlər edirlər. Mariya Zaxarovanın "gərginlik müvəqqətidir" açıqlamasından sonra, Türkiyənin təbii ehtiyatlar naziri rus tərəfinin bəzi sanksiyaları götürdüyünü bildirib. Rusiyada türk tikinti şirkətlərinə qarşı qoyulan sanksiyalar da ləğv olunmaqdadır. Türkiyənin inşaat şirkətləri Rusiya bazarına əvvəlki kimi cəlb edilməkdədir".

Qabil Hüseynli, Ərdoğanın Vaşinqtondakı çıxışı zamanı Rusiya ilə münasibətlərə toxunduğunu da xatırladıb:

"Türkiyə prezidenti Brookings universitetindəki çıxışında Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının zəruriliyini qeyd edib. Ərdoğan hər iki ölkənin həll etməli olduğu ortaq problemlərin mövcudluğundan danışıb".

Politoloq, rus-türk əlaqələrində son günlər yaşanan yumşalmanın aysberqin görünən tərəfi olduğunu, arxa kulislərdə daha ciddi addımların atıldığını təxmin etdiyini söyləyib.

Xəbər lenti
0