CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq artisti 35 il sonra ailə üzvləri ilə "İsa bulağı"ndan fotosunu paylaşıb

© Sputnik / Kemale AliyevaРасим Балаев
Расим Балаев - Sputnik Azərbaycan, 1920, 22.09.2021
Abunə olmaq
R.Balayev 35 il əvvəl xanımı və övladları ilə getdiyi məkanda yenidən olub. Aktyor İsa bulağında eyni fotonu 35 il sonra yenidən çəkdirib. Sözügedən şəkil 1986-cı ildə çəkilib.
BAKI, 22 sentyabr — Sputnik. Xalq artisti Rasim Balayevin sosial şəbəkələrdə maraqlı fotosu yayılıb. Sputnik Azərbaycan xəbər verir ki, aktyor Şuşaya ailəsi ilə birlikdə yollanıb, 35 il əvvəl xanımı və övladları ilə getdiyi məkanda yenidən olub. Sənətkar "İsa bulağı"nda eyni fotonu 35 il sonra yenidən çəkdirib. Sözügedən şəkil 1986-cı ildə çəkilib.
Məlumat üçün bildirək ki, Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanan aktyor "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb.
Böyük və çətin rollardan əlavə, Rasim Balayev epizodik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı", "Həm ziyarət, həm ticarət", "Ağ atlı oğlan", "Arxadan vurulan zərbə", "Ad günü", "Tütək səsi", "Günaydın, mələyim", "İstintaq", "İşarəni dənizdən gözləyin", "Yarasa", "Yaramaz" kimi filmlərdə o, epizodik rol oynayıb.
"Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilib. 1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. Aktyor Azərbaycan SSR dövlət mükafatı ("Qanlı zəmi" filmində Səlim bəy oisa bulağıbrazını canlandırdığı üçün) "Şöhrət" ordeni, "Şərəf" ordeni, Cəfər Cabbarlı mükafatına layiq görülüb.
Həmçinin oxuyun:
Şuşa yaxın iki-üç aya tamam dəyişəcək: Xüsusi nümayəndə görülən işlərin hesabatını verdi
Xəbər lenti
0