00:13 19 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
1220

Azərbaycanın Müdafiə naziri qeyd edib ki, son zamanlar keçirilən təlimlər sayəsində Azərbaycan Silahlı Qüvvələri böyük təcrübə qazanır.

BAKI, 15 sentyabr — Sputnik. İki ölkənin Silahlı Qüvvələri arasında təlimlər davam edəcək. Prezidentlərimiz arasında səmimi münasibətlər, ölkələrarası münasibətlərə və qarşılıqlı güvənin formalaşmasına müsbət təsir edir.

Sputnik Azərbaycan "Milliyet"ə istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərinin "Yüksək səviyyəli müşahidəçi günü"ndə bildirib.

Nazir qeyd edib ki, son zamanlar keçirilən təlimlər sayəsində Azərbaycan Silahlı Qüvvələri böyük təcrübə qazanır: "İki ölkənin Silahlı Qüvvələri arasında təlimlər davam edəcək".

Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün başlatdığı əməliyyat zamanı Türkiyənin dəstəyini gördüyünü ifadə edən Həsənov daha sonra bildirib: "Müharibə zamanı Türkiyə Prezidenti, müdafiə naziri və digər yüksəkvəzifəli şəxslər Azərbaycana siyasi, mənəvi və diplomatik dəstək göstəriblər. Onların bəyanatları Azərbaycanın tək olmadığını və Türkiyənin daima Azərbaycanın yanında olduğunu, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya göstərmişdir. Türkiyə kimi bir qardaşımızın yanımızda olması bizə güc verir. Azərbaycan xalqı Türkiyənin dəstəyinə çox önəm verir. Türkiyə tərəfindən göstərilən dəstəyə görə dərin təşəkkürümü bildirirəm".

Eləcə də oxuyun:

Teqlər:
Müdafiə naziri Zakir Həsənov, Türkiyə, Azərbaycan

Əsas mövzular