17:16 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
CƏMİYYƏT
Qısa URL
1985 0 0

"Həftəsonu yoluxma aşağı düşürsə, deməli avtobuslarla sərnişinlərin adi günlərdə olduğu kimi daşınması da yoluxma sayına təsir etməyəcək".

BAKI, 2 sentyabr — Sputnik. Nazirlər Kabinetinin qərarına əsasən ölkəmizdə həftəsonu ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması müddəti noyabrın 1-dək uzadılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən bu qərar taksi fəaliyyətinə geniş imkan yaratmaqla bərabər, qiymətləri də artırıb. Sərnişinlər xüsusilə şənbə və bazar günləri taksilərin qiyməti iki-üç manat civarında bahalaşdırdığından şikayətlənirlər. Həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyətin müddətinin yenidən uzadılması sərnişinlərin narahatçılığına səbəb olub.

Nəqliyyat məsələlələri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, taksi xidməti üzrə operator fəaliyyəti həyata keçirən şirkətlər də bu məhdudiyyətdən sui-istifadə edərək qiyməti bahalaşdırıblar:

"Bir neçə gün öncə mən taksi sifarişi üçün operatora zəng etmişdim. Qiyməti öyrəndikdən sonra taksi sifariş etdim. Operatora kondisionerli avtomobil göndərməyini xahiş etdikdə qiyməti 6 manatdan 7 manata qaldırdı. Həftəsonu isə bu qiymətlər daha da bahalaşır. Taksi fəaliyyəti ilə bağlı hüquqi tənzimləmə olmadığından, vahid qiymət müəyyən edilmədiyindən taksi şirkətləri istədikləri qiyməti diktə edir. Həftəsonu qadağası isə taksilərdə qiymətin daha da bahalaşmasına gətirib çıxardır".

E.Muradlı bildirir ki, ictimai nəqliyyatın hərəkətinə həftəsonları qoyulan qadağa virusa yoluxmanın qarşısını almaq məqsədi daşısa da, mikroavtobuslarla qanunsuz sərnişindaşıma davam etdirilir:

"Əgər həftəsonu sərnişinlər qanunsuz fəaliyyət göstərən mikroavtobuslarla daşınırsa, avtobusların da fəaliyyətinə icazə vermək olar. Çünki şənbə-bazar günləri mikroavtobuslarla və taksilərlə sərnişinlər daşınır. Bununla belə həftəsonu yoluxma aşağı düşürsə, deməli avtobuslarla sərnişinlərin adi günlərdə olduğu kimi daşınması da yoluxma sayına təsir etməyəcək", - deyə ekspert bildirir.

Ekspert deyir ki, istirahət günləri bir çox müəssisələr fəaliyyət göstərir. Ona görə də insanlar taksiyə artıq vəsait xərcləyib işə gəlib-getmək məcburiyyətində qalırlar. Ekspert pandemiya dövründə qərarlar verilərkən həftəsonu işləmək məcburiyyətində olan insanların işə gedib-gəlməsinin nəzərə alınmalı olduğunu söyləyir.

İqtisadçı Natiq Cəfərli isə deyir ki, həftəsonu ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağa pandemiyanın ilk günlərində effekt verirdi. Amma hazırda bu qadağanın virusa yoluxma sayına təsiri yoxdur. Əksinə, ekspert qoyulan məhdudiyyətin daha çox əhalinin aztəminatlı hissəsinə təsir göstərdiyini söyləyir:

"Xidmət sahələrində çalışanların əməkhaqqı çox aşağıdır. Onlar ayda 8 gün nəqliyyata daha çox vəsait xərcləyirlər. Bu da onların real gəlirlərinə uyğun deyil. Həmçinin qoyulan qadağanın virusla mübarizədə effekti elmi araşdırmalarla təsdiqlənməyib".

N.Cəfərli həftəsonu taksidə qiymət artımını tələbatın artması ilə izah edir. İqtisadçı bildirir ki, insanlar alternativ nəqliyyat vasitəsi olmadığından taksi xidmətindən istifadə edirlər. Bu zaman bazarda tələb artır. Bu isə qiymət artımına səbəb olur.Həmçinin oxuyun:

Həmçinin oxuyun:

Taksi şirkətləri vahid tarifə keçərsə,...

Əsas mövzular