19:27 27 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
16 0 0

Mütəxəssislə söhbətdən sonra ölkəmizdə gündən-günə artan yol qəzası probleminin həlli bir qədər qaranlıq görünür.

BAKI, 18 avqust — Sputnik. Son günlərin ən çox yayılan xəbərlərindən biri də yol-nəqlliyyat hadisələri və qəzalar nəticəsində ölüm hallarının olmasıdır. Maraqlıdır, bu halların gözəçarpacaq dərəcədə artmasının səbəbi nədir?

Öncə statistikaya nəzər salaq:

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-iyun aylarında 756 və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,7 faiz azalaraq 988 nəfər olub. Onlardan 290-ı həlak olub, 698-i isə yaralanıb. Hadisələrin 43,5 faizi gündüz, 38,1 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş verib, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87,2 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 14,5 faiz azalaraq 213 nəfər, yaralananların sayı 0,8 faiz azalaraq 645 nəfər olub. Bütün yol-nəqliyyat hadisələrinin 40,2 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,7 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,7 faizini, yaralananların isə 71,3 faizini kişilər təşkil edib. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 11 hadisə baş verib ki, nəticədə də 5 nəfər həlak olub, 10 nəfər yaralanıb. Hadisələrin 81,8 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Problemin mahiyyəti

Bu qəzaları yaradan səbəblərə gəldikdə isə, nəqliyyat üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bir sıra amillərə diqqət çəkib. O, bildirir ki, son zamanlar insanlar qəzaların sayının azalması əvəzinə, onun daha da artmasının şahidi olurlar.

"Təəssüflər olsun ki, belə qəzalar zamanı ölüm və ağır xəsarətalmalar üstünlük təşkil edir. Bunun bir çox səbəbləri var ki, onlardan biri də yol-infrastrukturunun bərbad vəziyyətdə olmasıdır. Yollar qaranlıqdır, problematikdir, dardır və çala-çuxurludur", - deyə ekspert bildirib.

Eldəniz Cəfər qəzalara səbəb olan digər amilin isə yol nişanlarının azlığı ilə bağlı olduğunu bildirir.

"Qadağanedici nişanlar olsa da, məlumatlandırıcı, xəbərdaredici nişanlar demək olar ki, görünmür. Digər məsələ yol hərəkətinin düzgün nizamlanmamasıdır. Yol hərəkətinin nizamlanması, tənzimlənməsində böyük boşluqlar, problemlər var", - deyə ekspert vurğulayır.

Eldəniz Cəfər təəssüflə bildirir ki, buna nəzarət edəcək bəzi qurumların əməkdaşları çıxış yolunu yalnız sürücüyə cərimə yazmaqda görürlər.

"Düşünürlər ki, sürücüyə cərimə yazmaqla yol hərəkətinin tənzimlənməsini qaydaya samaq olar. Əslində isə sürücülərlə maariflənmə işləri aparılmalıdır, sürücüyə vəzifələri izah olunmalıdır. Yol nişanlarından bixəbər olan sürücüləri bir daha məlumatlandırmaq lazımdır. Çünki yalnız cərimə yazmaqla nə yol hərəkətini tənzimləyə, nə də ki qəzaların sayını azalda bilərik. Onlar yenidən sürücülük vəsiqəsi almağa göndərilməlidir", - deyə o vurğulayıb.

Nəqliyyat üzrə ekspert  bildirir ki, qəzalar zamanı ölüm və ağır xəsarətalma hallarının üstünlük təşkil etməsinin səbəbi istismar müddətini bitirən avtomobilərin yollarda çoxluq təşkil etməsidir.

Vəziyyətdən çıxış yolu

"Ölkəmizin avtomobil parkı tamamilə köhnədir, bunun yenilənməsi üçün ölkə başçısının imzaladığı dövlət proqramı var. Bu dövlət proqramı 2018-ci ildə imzalanıb və sərəncama göndərilib. Təəssüf ki, bəzi qurumlar yenə də məsuliyyətsizlik nümayiş etdirir, öz maraqlarını cəmiyyətin və dövlətin maraqlarından üstün tuturlar. Bu səbəbdən də dövlət prqoramında təklif edilən məsələlərin bir çoxu hələ də həll edilməyib", - deyə o vurğulayıb.

Ekspert hesab edir ki, sadlanan problemləri, yəni, qəzaların sayının azaldılması, yol infrastruktununun qurulması, yolların tənzimlənməsi, nişanların qoyulması paralel olaraq aparıla bilər.

Həmçinin oxuyun:

Bakıda gənc qız yol qəzasında xəsarət aldı

Qaxda məzun ağır yol qəzası törətdi: ölən və yaralananlar var

Şirvanda bir ailənin 3 üzvü yol qəzasında xəsarət alıb

Əsas mövzular