Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qaxda məzun ağır yol qəzası törətdi: ölən və yaralananlar var

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.06.2021
Abunə olmaq
"Daewoo" markalı minik avtomobili, Balakən rayonu istiqamətində hərəkət edən və içi sərnişinlə dolu olan "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

BAKI, 15 iyun - Sputnik. Qax rayonunda mikroavtobusla minik avtomobili toqquşub, bir nəfər ölüb, on nəfərə yaxın sərnişin isə xəsarət alıb.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qax-Qorağan-Zaqatala avtomobil yolunun, rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qax istiqamətində hərəkət edən Ləkit kənd sakini, 2004-cü il təvəllüdlü Cəfərov Cəfər Şamil oğlunun idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili, Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

Qəza zamanı minik avtomobilinin 17 yaşlı sürücüsü, orta məktəbdən yenicə məzun olmuş Cəfər Cəfərov ağır xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. "Daewoo"dakı digər 3 sərnişinin də məzun olduğu bildirilir.

Mikroavtobusda və minik avtomobilində olan 10-a yaxın sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Bakıda baş verən yol qəzasında isə yeniyetmə xəsarət alıb

Bu gün Bakının Xətai rayonu ərazisində də xəsarətlə nəticələnən yol qəzası olub.

Belə ki, 8 Noyabr prospektində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, beton maneəyə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin - 16 yaşlı Məhəmməd Qəribov xəsarət alıb. Yaralının sürücünün oğlu olduğu bildirilir.

Məlumata görə, hadisəyə yüksək sürət səbəb olub. Hadisə yerinə təcili tibbi yardım maşını gəlib.

Xəbər lenti
0