03:52 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
CƏMİYYƏT
Qısa URL
654501

Sosial şəbəkələrdə məlumatlar yayılır ki, "ASAN Xidmət" mərkəzlərinə giriş COVID-19 əleyhinə vaksin sənədi əsasındadır. Bu iddia nə dərəcədə əsaslıdır?

BAKI, 13 avqust — Sputnik. Son günlər sosial şəbəkələrdə belə bir məlumat yayılır ki, ASAN xidmət mərkəzlərinə COVID-19 vaksin pasportu olmayanlar buraxılmır. Şəxsiyyət vəsiqəsi olmadan isə COVID-19 vaksin pasportu almaq mümkün olmur. Maraqlıdır, səsləndirilən bu fikirlər həqiqəi əks etdirirmi?

Sputnik Azərbaycan olaraq məsələyə aydınlıq gətirməyə çalışdıq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bu iddianın həqiqəti əks etdirmədiyi bildirilib: "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinə vətəndaşların qəbulu zamanı onların tibbi maskadan istifadəsi mütləqdir. Eyni zamanda mərkəzlər insan hərarətini ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin edilib. Lakin mərkəzlərə müraciət edən zaman vətəndaşlarımızdan COVİD-19 pasportu tələb olunmur".

Vətəndaşlardan mərkəzlərdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etmək tələb olunur.

Qeyd edək ki, avqustun 16-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduqları halda həyata keçiriləcək.

Bu barədə məlumatı nazirlik özü yayıb.

Məlumatda qeyd olunub ki, vətəndaşların nazirliyin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması da COVID-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.

"Yeni növ koronavirus pandemiyası davam etdiyi şəraitdə özümüzü və yaxınlarımızı bu təhlükədən qorumaq hər birimizin borcudur. Bunun üçün hazırda etməli olduğumuz ən vacib iş - peyvənd olunmaqdır", - məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması, əhalinin sağlamlığının COVID-19-dan qorunması üçün vaksinasiya prosesi uğurla davam etdirilir.

"Hər birimiz bu vaksinasiya prosesində aktiv iştirak etməklə ilk növbədə özümüzün və yaxınlarımızın həyatının infeksiya təhlükəsindən qorunmasına çalışmalı, eyni zamanda, dövlətimizin yeni növ koronavirusa qarşı mübarizə tədbirlərinə öz töhfəmizi verməliyik", - Nazilik bildirib.

Məlumatda o da vurğulanıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda da əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq edilməsinə, özlərinin və ətrafdakıların pandemiyadan qorunmasına münasibətdə məsuliyyətin artırılmasına xidmət edir.

Nazirliyin bu mövqeyi cəmiyyət üzvlərinin bir qismi tərəfindən müsbət qarşılansa da, bir qismi tərəfindən mənfi reaksiya ilə qarşılanıb. Onlar arasında "Vaksinləşmə qanunla məcburidirmi? Yox, məcburi deyil. O zaman bu nə ayrıseçkilikdir axı?", - deyə etiraz edənlər də oldu.

Həmçinin oxuyun:

Nazir müavini sosial şəbəkələrdə vaksinasiya ilə bağlı səsləndirilən fikirlər barədə

Bakı rayonlarının icra başçıları danlandı: Camaatı vaksinasiyaya cəlb etməli

Əsas mövzular