CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Temperatur yenidən yüksələcək - FHN xəbərdarlıq yayıb

© AFP 2024 / dpa / OLIVER BERGТермометр, фото из архива
Термометр, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.08.2021
Abunə olmaq
Ölkənin bəzi yerlərində temperaturun 42-43 dərəcəyədək artacağı təqdirdə kiçik ehtiyatsızlıq və ya diqqətsizlik yanğınlara səbəb ola bilər.
BAKI, 3 avqust - Sputnik. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə ölkə ərazisində havanın temperaturunun daha da yüksələcəyi, bəzi yerlərdə temperaturun 42-43 dərəcəyədək artacağı gözlənilir.
Sputnik Azərbaycan bildirir ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.
Müraciətdə deyilir ki, belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhalini yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.
Nazirlikdən qeyd olunub ki, təhlükə zamanı vətəndaşlar 112-yə zəng etsinlər.
Eləcə də oxuyun:
Bakıda və Abşeronda havanın temperaturu 39 dərəcəyə çatacaq
Azərbaycanın cənubunda ikinci yanğın ocağı
Azərbaycanda da meşə yanğınları başlayıb
Xəbər lenti
0