CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda və Abşeronda havanın temperaturu 39 dərəcəyə çatacaq

© AP Photo / Darko VojinovicМужчина поливает газон в Баку, фото из архива
Мужчина поливает газон в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.08.2021
Abunə olmaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Abşeron çimərliklərində hava temperaturunu açıqlayıb.
BAKI, 3 avqust — Sputnik. Avqustun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi 3-8 m/s, gündüz cənub küləyi 3-8 m/s olacaq. Havanın temperaturu gecə 23-26°, gündüz 34-39°, Bakıda gecə 23-25°, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 faiz, gündüz 35-40 faiz olacaq.
Abşeron çimərliklərində şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 35-39°, bəzi yerlərdə 41°, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacaq.
Xəbər lenti
0