CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda Şəhidlər xiyabanında naməlum qəbirlər açılır

© Sputnik / Murad OrujovLaçının azad edilməsi ilə bağlı tədbir
Laçının azad edilməsi ilə bağlı tədbir  - Sputnik Azərbaycan, 1920, 03.08.2021
Abunə olmaq
Sabir Həsənov bildirib ki, naməlum qəbirlərin açılması Səbail Rayon Prokurorluğunun qərarı ilə həyata keçirilir.
BAKI, 3 avqust — Sputnik. Bakıdakı Şəhidlər xiyabanında naməlum qəbirlərin açılmasına başlanılıb. Sputnik Azərbaycan-a bu barədə məlumat verən Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov bildirib ki, naməlum qəbirlərin açılması Səbail Rayon Prokurorluğunun qərarı ilə həyata keçirilir.
Məqsəd naməlum qəbirlərin sahiblərinin müəyyənləşdirilməsidir. S. Həsənov həmin məzarların Birinci Qarabağ müharibəsi şəhidlərinə aid olduğunu söyləyib.
S.Həsənov Şəhidlər Xiyabanında neçə belə naməlum məzar olduğunu söyləməyin onun səlahiyyəti çərçivəsində olmadığını bildirib. Onun sözlərinə görə, artıq bu gün bir neçə məzar açılıb. Bu proses prokurorluğun qərarı ilə davam edəcək.
Qeyd edək ki, Bakıdakı Şəhidlər xiyabanında naməlum qəbirlərin açılması barədə xəbəri Modern.az saytının hadisə yerində olan əməkdaşları veriblər.
Bu arada məlum olub ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı eksqumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.
Bununla əlaqədar, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər Xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər Xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (eksqumasiyaya) dair 03 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə eksqumasiya keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib. Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyati ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir.
Eləcə də oxuyun:
Müharibə əlilləri və şəhid ailələri üçün əlavə dəstək tədbirləri görüləcək
On səkkiz şəhidin məzarı Yasamaldakı Şəhidlər Xiyabanına köçürülüb
Milyon damla qərənfil: Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir - FOTO
Xəbər lenti
0