https://sputnik.az/20210802/nazirler-kabinetinden-yeni-qerar-427603375.html
Nazirlər Kabinetindən yeni qərar
Nazirlər Kabinetindən yeni qərar
Sputnik Azərbaycan
Nazirlər Kabinetinin bu gün imzalanmış qərarına əsasən, Azərbaycana daha 20 ölkədən uçuşlara icazə verilib. 02.08.2021, Sputnik Azərbaycan
2021-08-02T14:53+0400
2021-08-02T14:53+0400
2021-11-16T23:59+0400
azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
cəmiyyət
xəbərlər
azal
təyyarə
uçuş
xarici ölkə
nazirlər kabineti
qərar
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42394/87/423948740_0:128:1280:848_1920x0_80_0_0_10e5bce2e271212ea665e905f5565772.jpg
BAKI, 2 avqust — Sputnik. Nazirlər Kabineti "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarda dəyişiklik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, qərara əsasən, 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilir:- Almaniya Federativ Respublikası;- Avstriya Respublikası;- Belçika Krallığı;- Çexiya Respublikası;- Danimarka Krallığı;- İrlandiya Respublikası;- İspaniya Krallığı;- İsveç Krallığı;- İsveçrə Konfederasiyası;- Kanada;- Lüksemburq Böyük Hersoqluğ- Malta Respublikası;- Niderland Krallığı;- Polşa Respublikası;- Portuqaliya Respublikası;- Serbiya Respublikası;- Sinqapur Respublikası;- Sloveniya Respublikası;- Slovakiya Respublikası;- Yunanıstan Respublikası.Qeyd edək ki, Nazirlər Kabinetinin 5 iyunda imzaladığı qərarından sonra 10 iyun tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq, Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşlarının hava yolu ilə Azərbaycan ərazisinə səfərinə icazə verilib. İyunun 21-dən isə ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətər vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə var.AZAL-dan xəbərdarlıqBu arada AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırıb. Qurumdan Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir ki, daşıma qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus pandemiyası (COVID-19) dövründə Azərbaycanda hava nəqliyyatı ilə uçuşların və sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar” haqqında sənədində təqdim olunur.Məhdudlaşdırıcı tədbirlər şəraitində uçuşu əminliklə planlaşdırmaq üçün bütün sərnişinlərə səfərdən əvvəl təyinat ölkəsinə daxil olma qaydaları və tələblərini ətraflı öyrənmək tövsiyə olunur. Koronavirus infeksiyasının yayılması səbəbindən yaranan vəziyyətlə əlaqədar bir çox ölkələrdə səyahətçilər üçün karantin məhdudiyyətlərinin tətbiqi davam edir.Azərbaycana gələn sərnişinlər ölkəyə giriş qaydaları ilə aviaşirkətin rəsmi saytında tanış ola bilərlər.Xaricdən ölkəyə qayıtdıqda, uçuşdan əvvəl 72 saat ərzində keçirilmiş PCR testinin nəticələri, sərnişində COVID-19 pasportunun (COVID-19-dan tam peyvənd olunduğunu və ya COVID-19-dan sağaldıqdan sonra immunitetin mövcudluğunu təsdiq edən sənəd) olub-olmamasından asılı olmayaraq, tələb olunur. 1 yaşa qədər uşaqlar üçün COVID-19 üçün PCR testinin mənfi nəticəsini təsdiq edən sənəd tələb olunmur.AZAL həmçinin bütün sərnişinlərə pandemiya ilə əlaqədar tətbiq olunan bütün rəsmiləşdirmə prosedurlarından əvvəlcədən keçmələri üçün uçuşdan üç saat əvvəl hava limanına gəlmələrini tövsiyə edir.Eləcə də oxuyun:AZAL Zəngəzur üzərindən uçuş həyata keçirir? Rəsmi açıqlamaFüzuli Hava Limanının tikintisi ilə bağlı görülən işlər açıqlanıbAZAL-dan yenilik - Koronavirusla bağlı məlumatlar belə yoxlanılacaqAzərbaycana giriş-çıxış məhdudiyyəti yumşaldıldı - Hava yolu ilə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42394/87/423948740_84:0:1221:853_1920x0_80_0_0_6dddab3fa15a7fe1a7f3849cf1b36e09.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar, xəbərlər, azal, təyyarə, uçuş, xarici ölkə, nazirlər kabineti, qərar, azərbaycan
azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar, xəbərlər, azal, təyyarə, uçuş, xarici ölkə, nazirlər kabineti, qərar, azərbaycan
Nazirlər Kabinetindən yeni qərar
14:53 02.08.2021 (Yenilənib: 23:59 16.11.2021) Nazirlər Kabinetinin bu gün imzalanmış qərarına əsasən, Azərbaycana daha 20 ölkədən uçuşlara icazə verilib.
BAKI, 2 avqust — Sputnik. Nazirlər Kabineti "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarda dəyişiklik edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, qərara əsasən, 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilir:
- Almaniya Federativ Respublikası;
- İrlandiya Respublikası;
- İsveçrə Konfederasiyası;
- Lüksemburq Böyük Hersoqluğ
- Portuqaliya Respublikası;
- Sloveniya Respublikası;
- Slovakiya Respublikası;
- Yunanıstan Respublikası.
Qeyd edək ki, Nazirlər Kabinetinin 5 iyunda imzaladığı qərarından sonra 10 iyun tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq, Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşlarının hava yolu ilə Azərbaycan ərazisinə səfərinə icazə verilib. İyunun 21-dən isə ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətər vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə var.
Bu arada AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırıb.
Qurumdan
Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir ki, daşıma qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus pandemiyası (COVID-19) dövründə Azərbaycanda hava nəqliyyatı ilə uçuşların və sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar” haqqında sənədində təqdim olunur.
Məhdudlaşdırıcı tədbirlər şəraitində uçuşu əminliklə planlaşdırmaq üçün bütün sərnişinlərə səfərdən əvvəl təyinat ölkəsinə daxil olma qaydaları və tələblərini ətraflı öyrənmək tövsiyə olunur. Koronavirus infeksiyasının yayılması səbəbindən yaranan vəziyyətlə əlaqədar bir çox ölkələrdə səyahətçilər üçün karantin məhdudiyyətlərinin tətbiqi davam edir.
Azərbaycana gələn sərnişinlər ölkəyə giriş qaydaları ilə aviaşirkətin
rəsmi saytında tanış ola bilərlər.
Xaricdən ölkəyə qayıtdıqda, uçuşdan əvvəl 72 saat ərzində keçirilmiş PCR testinin nəticələri, sərnişində COVID-19 pasportunun (COVID-19-dan tam peyvənd olunduğunu və ya COVID-19-dan sağaldıqdan sonra immunitetin mövcudluğunu təsdiq edən sənəd) olub-olmamasından asılı olmayaraq, tələb olunur. 1 yaşa qədər uşaqlar üçün COVID-19 üçün PCR testinin mənfi nəticəsini təsdiq edən sənəd tələb olunmur.
AZAL həmçinin bütün sərnişinlərə pandemiya ilə əlaqədar tətbiq olunan bütün rəsmiləşdirmə prosedurlarından əvvəlcədən keçmələri üçün uçuşdan üç saat əvvəl hava limanına gəlmələrini tövsiyə edir.
AZAL
Zəngəzur üzərindən uçuş həyata keçirir? Rəsmi açıqlama
Füzuli Hava Limanının tikintisi ilə bağlı görülən işlər açıqlanıb
AZAL-dan yenilik - Koronavirusla bağlı məlumatlar belə yoxlanılacaq
Azərbaycana
giriş-çıxış məhdudiyyəti yumşaldıldı - Hava yolu ilə