CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Son on beş gündə üçüncü körpə küçəyə atılıb

© AFP 2023 / DELIL SOULEIMANНоги ребенка, фото из архива
Ноги ребенка, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.07.2021
Abunə olmaq
Bu ay ərzində Sumqayıtda və Ucarda da yenidoğulmuş körpələr küçəyə atılmış vəziyyətdə aşkarlanıblar. İndi isə Ağcabədidə yeni doğulmuş oğlan uşağı atılıb.

BAKI, 22 iyul — Sputnik. Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" səhifəsində yazıb.

K.Ağazadə bildirib ki, körpə oğlan Ağcabədi rayonunda küçəyə atılmış vəziyətdə tapılıb: "Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə mətbuat katibi Teymur Mərdanoğlu öz "Facebook" hesabında sözügedən körpənini hazırkı durumuna aydınlıq gətirib. 

"Hörmətli həmkarlar və dostlar, Agcabədidə küçəyə atılan körpənin vəziyyəti normaldır. Məsələ Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir. Hazırda körpə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müayinə olunur, bütün lazımı tədbirlər görülür", - o, yazıb. 

Xatırladaq ki, bu ay ərzində Sumqayıtda və Ucarda da yenidoğulmuş körpələr küçəyə atılmış vəziyyətdə aşkarlanıblar.

Belə ki, iyulun 12-də Ucarda dəmir yolunun kənarındakı istifadəsiz tikiliyə atılan körpə yerli sakinlər tərəfindən tapılmışdı. Yenidoğulan körpənin cinsi oğlan, çəkisi 4 kq 19 qram, boyu 53 sm olub.

İyulun 6-da isə Sumqayıtda zibil qabından yenidoğulan körpə qız uşağı tapılmışdı.

Həmçinin oxuyun: 

Xəbər lenti
0