02:21 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
144 0 0

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yaşayış binalarına quraşdırılan qaz sayğacları ilə bağlı məlumat yayıb. Məsələyə "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi münasibət bildirib

BAKI, 6 iyul — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yeni inşa olunan çoxmənzilli binalarda sayğacların quraşdırılması zamanı sakinlərdən sayğacın dəyərinin tələb olunmasına dair müraciətləri araşdırıb.

Qeyd edək ki, yeni binalarda sakinlərin üzləşdiyi əsas problemlərdən biri sayğac məsələsidir. Belə ki, həmin binalarda sayğacların quraşdırılması üçün pul tələb olunması sakinlər tərəfindən narazılıqla qarşılanır.

Dövlət Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, araşdırma zamanı məlum olub ki, mənzil tikinti kooperativi sayğacları enerji təchizatı ilə məşğul olan qurumlardan öz hesablarına aldıqlarını əsas gətirərək sakinlərdən sayğacların dəyərini tələb edir.

Qeyd edilən məsələlərin müzakirəsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində enerji təchizatı ilə məşğul olan qurumların nümayəndələri ilə görüş keçirib. Görüş zamanı mənzil-tikinti kooperativləri tərəfindən inşa edilən çoxmənzilli yaşayış binalarına quraşdırılan qaz sayğaclarının dəyərinin sakinlərdən tələb edilməsi hallarına yol verilməməsinin və bu sahədə mövcud qanunvericiliyin tələblərinə riayət edilməsinin zəruriliyi vurğulanıb.

MTK-lara verilən texniki şərtlərdə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılması tələbi qeyd olunacaq

Qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Dövlət Xidmətinin tövsiyəsinə uyğun olaraq, bu il iyulun 1-dən mənzil-tikinti kooperativlərinə verilən texniki şərtlərdə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılması tələbi qeyd olunacaq.

Mənzil-tikinti kooperativləri sayğacları kimdən satın alırdılar

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu açıqlamasına qədər hüquqi şəxs olan mənzil-tikinti kooperativləri sayğacları bizdən satın alırdılar: "Sonra isə mənzil-tikinti kooperativləri müəyyən məsrəflərini də buraya əlavə etməklə sayğacları mənzil alan şəxslərə satırdı. Çünki məsrəflər deyəndə mənzil-tikinti kooperativləri həm binadaxili, həm də mənzildaxili qaz xətlərinin çəkilişini, eləcə də sayğacların quraşdırılmasını özləri həyata keçirirlər. Yəni mənzil-tikinti kooperativləri lisenziyası olan tikinti təşkilatları ilə müqavilə bağlayırlar və tikinti təşkilatları həmin müqavilə əsasında o işləri görürlər. Daha sonra qazın açılışı üçün açılışa razılıq rəyini də ya mənzil-tikinti kooperativi, ya da həmin tikinti şirkəti bizə müraciət olaraq göndərir. Yəni sadə dillə desək, bütün işləri bitirmişəm, gəlin baxın, layihə şərtləri yerinə yetirilibmi? Və ondan sonra biz də qazın açılışı ilə bağlı qərar qəbul edirik. Amma bizə qədər də əsasən Fövqəladə Hallar Nazirliyi binanın istismara qəbulu ilə bağlı razılıq verməlidir və ondan sonra biz bu işlərə baxırıq".

Bu mexanizmdə proseslərin necə nəzərdə tutulması

"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu açıqlamasına qədər mənzil-tikinti kooperativləri sayğacları bizdən satın alırdılar. Amma bundan sonra necə olacaq? Hazırda bununla bağlı işçi qrupları optimal bir mexanizm üzərində iş aparırlar. Yaxın vaxtlarda bu mexanizmdə proseslərin necə nəzərdə tutulması barədə ictimaiyyətə açıqlama veriləcək", - deyə Ceyhun Səfərov diqqətə çatdırıb.

Həmçinin oxuyun:

Qazın var, dərdin var... Pulunu sorma, qüsurlar mümkündür, sövdələşmə - qətiyyən

Qaz sayğacları ilə bağlı dəyişiklik

Əsas mövzular