10:52 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0154
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
13 0 0

Yeni koordinator Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Avropa və Asiyada beynəlxalq inkişaf, humanitar koordinasiya, vəkillik və tərəfdaşlıq quruculuğu sahəsində 21 illik təcrübəyə malikdir.

BAKI, 3 iyul - Sputnik. BMT-nin Baş katibi Antonio Quterreş Şimali Makedoniyadan olan Vladanka Andreyevanı təşkilatın Azərbaycandakı daimi əlaqələndiricisi təyin edib.

Sputnik Azərbaycan bildirir ki, BMT-nin saytında yerləşdirilən məlumata görə,  Azərbaycan hökuməti bu təyinatı təqdir edib.

Məlumatda qeyd olunur ki, V.Andreyeva Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Avropa və Asiyada beynəlxalq inkişaf, humanitar koordinasiya, vəkillik və tərəfdaşlıq quruculuğu sahəsində 21 illik təcrübəyə malikdir.

Xatırladaq ki, bundan əvvəl BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai idi.

Eləcə də oxuyun:

Teqlər:
koordinator, Azərbaycan, BMT

Əsas mövzular