BAKI, 3 iyul - Sputnik. BMT-nin Baş katibi Antonio Quterreş Şimali Makedoniyadan olan Vladanka Andreyevanı təşkilatın Azərbaycandakı daimi əlaqələndiricisi təyin edib.
Sputnik Azərbaycan bildirir ki, BMT-nin saytında yerləşdirilən məlumata görə, Azərbaycan hökuməti bu təyinatı təqdir edib.
Məlumatda qeyd olunur ki, V.Andreyeva Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Avropa və Asiyada beynəlxalq inkişaf, humanitar koordinasiya, vəkillik və tərəfdaşlıq quruculuğu sahəsində 21 illik təcrübəyə malikdir.
Xatırladaq ki, bundan əvvəl BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai idi.
Eləcə də oxuyun:
-
Anar Kərimov Qulam İsakzai ilə görüş keçirib
-
BMT Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini tapacağına ümidvardır
-
Azərbaycan BMT-nin yardımından imtina etdi