05:17 06 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
CƏMİYYƏT
Qısa URL
450 0 0

Prezident Təhlükəsizlik Şurası Katibinin Xidmətinin Ümumi təhlükəsizlik məsələləri şöbəsinin müdirinə xüsusi rütbə verib.

BAKI, 24 iyun — Sputnik. Prezident İlham Əliyev Anar Məmmədova polis general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin Ümumi təhlükəsizlik məsələləri şöbəsinin müdiri Anar Məhəmməd oğlu Məmmədova polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Qeyd edək ki, bu gün İlham Əliyev eləcə də Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunu da orden və medallarla təltif edib.

Həmçinin Şuşanın, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Laçının, Ağdamın, Kəlbəcərin, Xocavəndin, Suqovuşanın azad edilməsində rəşadət göstərən hərbçilərimiz də Prezidentin sərəncamları ilə təltif ediliblər.

Eləcə də oxuyun:

Əsas mövzular