QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bir qrup hərbçimiz "Hərbi xidmətlərə görə" medalına layiq görüldü - SİYAHI

© AR Ministry of DefenceАзербайджанский солдат с ПЗРК "Игла", фото из архива
Азербайджанский солдат с ПЗРК Игла, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.06.2021
Abunə olmaq
Azərbaycan Ordusunun döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş hərbçiləri xüsusi medalla təltif olundular

BAKI, 24 iyun - Sputnik. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş  tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
bir qrup hərbi qulluqçusu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Təltif olunmuş hərbçilərimizin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz. 

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.
Müharibənin gedişində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 11-dək dəfn edilən 2841 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim edib.

44 günlük müharibədə xəsarət alan bütün qazilərin müalicə və reabilitasiyası Prezidentin göstərişi ilə dövlət tərəfindən gerçəkləşdirilir.

Qarabağın dirçəlişi

Müharibədən sonra işğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı, müxtəlif xarici şirkətlər də dəvət alıb. Qarabağın bərpasında ən son texnologiyalardan istifadə olunacaq. Füzulidə beynəlxalq aeroportun bu ilin payızında istifadəyə verilməsi gözlənilir. Prezident İlham Əliyevin sözlərinə görə, ya Laçın, ya Kəlbəcərdə ikinci beynəlxalq hava limanı inşa ediləcək. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub və orada 30 illik fasilədən sonra "Xarı-bülbül" festivalı keçirilib. 

 

----------------

30.12.2020

12:23

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilirlər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Təltif olunmuş hərbçilərimizin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz. 

Xəbər lenti
0