05:23 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
18 0 0

Məlumdur ki, Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlarda və təxribatlarda dəfələrlə uşaqlardan istifadə edib və bu gün də onları işğalçılıq, digər millətlərə qarşı dözümsüzlük ruhunda tərbiyə edir.

 

BAKI, 24 iyun — Sputnik. "Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məlumatına görə, 11-ci sinif şagirdləri üçün hərbi idman düşərgələri adlı pilot proqramı başlayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın Ombudsman Aparatı məlumat yayıb.

"Təqribən 100 şagirdin iştirak etdiyi 12 günlük düşərgənin proqramında uşaqların hərbi münaqişələrdə iştirakı imkanları nəzərdə tutulur. Məlumdur ki, Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlarda və təxribatlarda dəfələrlə uşaqlardan istifadə edib və bu gün də onları işğalçılıq, digər millətlərə qarşı dözümsüzlük ruhunda tərbiyə edir.

Bu kimi təlimlər İŞİD, ASALA, PKK və digər terror qruplaşmaları tərəfindən uşaqların terror və müharibəyə hazırlanması məqsədilə həyata keçirdikləri fəaliyyətə çox yaxındır. Azərbaycan Ombudsmanı da dəfələrlə bu kimi hallarla bağlı öz narahatlığını bildirmiş, Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarda və təxribatlarda uşaqlardan istifadə etməsi faktını qəti şəkildə pisləmişdir. Belə təlimlər uşaqlarda işğalçılıq, nifrət və digər millətlərə qarşı dözümsüzlük hissləri formalaşdırır. Bu isə Uşaq Hüquqları Konvensiyasının və onun Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokolunun tələblərinə tamamilə ziddir", - məlumatda vurğulanıb.

Eləcə də oxuyun:

Əsas mövzular