Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Erməni uşaqlarına hərbi düşərgələrdə vuruşmaq öyrədəcəklər

© AP PhotoАрмянский военнослужащий, фото из архива
Армянский военнослужащий, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.02.2021
Abunə olmaq
Şagirdlər hərbi-idman düşərgəsində 12 gün ərzində sıra təlimi və taktiki-fiziki hazırlıq keçməli, atəş açma qabiliyyətinə yiyiələnməli, ümumi hərbi nizamnaməni mənimsəməli, ilkin tibbi yardım göstərməyi, rabitə və telekommunikasiya sahəsində bilikləri öyrənməlidirlər.

BAKI, 21 fevral - Sputnik. Ermənistanın Elm, təhsil, mədəniyyət və idman nazirliyi 11-ci sinif şagirdlərinin hərbi-idman düşərgələrində ilkin hərbi hazırlıq keçmələrini nəzərdə tutan layihə hazırlayıb. Layihə e-draft.am portalında ictimai müzakirəyə çıxarılıb. 

Bu məsələyə Sputnik Ermənistan məqalə həsr edib. Saytın yazdığına görə, nazirlik ilkin hərbi hazırlıq fənni çərçivəsində aşağıdakı yenilikləri nəzərdə tutur: şagirdlər hərbi-idman düşərgəsində 12 gün müddətində sıra təlimi və taktiki-fiziki hazırlıq keçməli, atəş açma qabiliyyətinə yiyiələnməli, ümumi hərbi nizamnaməni mənimsəməli, ilkin tibbi yardım göstərməyi, rabitə və telekommunikasiya sahəsində bilikləri öyrənməlidirlər.

Erməni əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.02.2021
QARABAĞ
Ermənistan ordusunda nə baş verir və niyə "Qarabağ dövləti"ndən dəm vururlar?

Layihənin əsas məqsədinin hərb sənətinə marağın oyadılması, fövqəladə hallar zamanı müqavimət və effektiv davranış vərdişlərini aşılamaq olduğu deyilir. Düşərgə ştatı 56 nəfərdən, o cümlədən həkim, psixoloq, xoreoqraf, aşpaz, elektrik, növbətçi polisdən ibarət olmalıdır. 

Ermənistanın təhsil üzrə eksperti Atom Mxitaryan layihəni təqdir edərək deyib ki, insan hər bir biliyi təcrübə ilə yanaşı daha yaxşı öyrənib tətbiq edir. Üstəlik, bunun ideoloji planda da vacibliyini vurğulayıb. Bunlara rəğmən, ekspertin fikrincə, layihə sadəcə ideyadan ibarətdir və arzularla dolu deklarasiyanı xatırladır.

Mxitaryan deyir ki, düşərgələrə oğlanlarla qızların birlikdə göndərilməsi yaxşı olsa da, 12 gün bəs eləmir. Bunun üçün də hərbi hazırlıq fənninin təcrübi hissəsinin hərbi tədris müəssisələrində keçirilməsini təklif edib - bu qayda ilə cəmiyyətlə ordu arasında bağ yaradıla bilər. Axı Ermənistanda valideynlər hərbi xidmətə inamsızlıqla yanaşır və uşaqlarını ordudan yayındırmaqdan ötrü hər yola əl atırlar. Ekspertin fikrincə, bu, xüsusi düşərgələrin yaradılması üçün çəkilməli olan xərci də azaldar. Üstəlik, o düşərgələrdə dərs demək üçün mütəxəssislər də lazımdır - həm çatışmaya bilər, həm də müəllimlərin də hazırlanması artıq xərcdir.

Qeyd edək ki, ictimaiyyət layihə barədə fikrini fevralın 25-dək izhar edə bilər.

Xəbər lenti
0