CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəmizin adı bəzən heç statistikaya aid edilmirdi - Mübariz Qurbanlı

© Sputnik / Murad OrujovПредседатель Государственного комитета по работе с религиозными организациями Мубариз Гурбанлы
Председатель Государственного комитета по работе с религиозными организациями Мубариз Гурбанлы - Sputnik Azərbaycan, 1920, 21.06.2021
Abunə olmaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, İŞİD terror qruplaşmasının fəaliyyətində iştirak edən xarici vətəndaşlar siyahısında azərbaycanlılar çox aşağı yerdə idilər. Amma son zamanlar bu cür faktlar qeydə alınmır.

BAKI, 21 iyun — Sputnik. "Artıq Azərbaycan vətəndaşlarından xaricdəki terrorçu qruplara qoşulanlar, demək olar ki, yoxdur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, son zamanlar belə hallar qeydə alınmayıb: "Əvvəllər bu kimi faktlar olurdu. Hüquq-mühafizə orqanlarının apardığı profilaktik, o cümlədən ideoloji təbliğat və mətbuatın gördüyü işlərin nəticəsi bunun qarşısını almaqda mühüm rol oynayıb".

Dövlət Komitəsinin sədri bildirib ki, əvvəllər xaricə gedən və bu cür terrorçu qruplara qoşulan şəxslərin ailə üzvləri reabilitasiyaya cəlb olunublar:

"Həmin şəxslərin ailə üzvlərinin bir qismi Azərbaycana gətirilsə də, hazırda orada qalan qadın və uşaqlar var. Hazırda ölkəmizdə xüsusi reabilitasiya mərkəzi yaradılıb. Həmin reabilitasiya mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işçiləri də ölkəmizə qaytarılmış ailələrlə dini sahədə işlərin aparılmasında iştirak edirlər.

Burada dəqiq rəqəmləri deyə bilmərəm, amma Azərbaycanda az sayda bu cür hallar var idi. Ümumiyyətlə əvvəlki illərdə də İŞİD terror qruplaşmasının fəaliyyətində iştirak edən xarici vətəndaşlar siyahısında azərbaycanlılar çox aşağı yerdə idi. Azərbaycandan gedənlərin sayı başqa ölkələrdən gedənlərin sayı ilə müqayisədə çox az idi. Bizim ölkənin adı bəzən heç statistikaya aid edilmirdi".

Son əməliyyatlar

Qeyd edək ki, bu günlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Ukrayna xüsusi xidmət orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etdiyinə görə barəsində DTX-də aparılan cinayət işi üzrə axtarış elan edilmiş Azərbaycan Respublikasının vətəndaşı, 1979-cu il təvəllüdlü Mirismayıllı Mirəhəd Tofiq oğlu Ukrayna ərazisində müəyyən edilərək saxlanılıb və ölkəmizə gətirilib.

Mirəhəd Mirismayıllı Suriyada Hacıyev Aqil Tağı oğlunun başçılıq etdiyi "Cundu Şam" adlı cinayətkar birliyin fəaliyyətində iştirak etmək üçün 20 iyun 2013-cü il tarixdə adıçəkilən ölkəyə gedərək orada aparılan silahlı münaqişələrdə digər Azərbaycan Respublikası vətəndaşları ilə birgə iştirak etməkdə şübhəli bilinir.

Qeyd edək ki, Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 6 nəfəri qadın və 14 nəfəri uşaq olmaqla, 20 nəfər Azərbaycan Respublikası vətəndaşının vətənə repatriasiyası həyata keçirilib.

Eləcə də oxuyun:

  • DTX Suriyada döyüşmüş azərbaycanlını saxladı – VİDEO

  • Qarabağa qanunsuz silah ötürən erməni biznesmenlər beynəlxalq axtarışa verildi

  • Taliban qadın hüquqlarının qorunacağına söz verib

Xəbər lenti
0