17:02 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
CƏMİYYƏT
Qısa URL
2180 0 0

Bu gün Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib ki, mömin insanlar məhdudiyyətlərin zəruriliyini başa düşürlər. Bununla belə məscidlərdə monitorinqlərə başlanılıb.

BAKI, 21 iyun — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərdə pandemiya qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərə başlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Sədr bildirib ki, ölkədə dini konfessiyaların birlikdə ibadətlərin yerinə yetirməsinə şərait yaradılmasında köməklik göstərilir: "Qəbul edilmiş qaydalara bütün ibadət yerlərində əməl edilir. Bu, belə də olmalıdır. Nəzərə almalıyıq ki, bütün məhdudiyyətlər müvəqqətidir. Mömin insanlar bu məhdudiyyətlərin zəruriliyini başa düşürlər".

Karantin qaydalarının yumşaldılması

İyunun 10-dan Azərbaycanda koronavirus pandemiyası dövründə qəbul olunmuş bəzi qadağalar aradan qaldırılıb. Operativ Qərargahın qərarına əsasən, həmin tarixdən ibadət yerlərinin fəaliyyətinə də müəyyən şərtlərlə icazə verilib.

Məscidlərdə 50 nəfərdən çox olmamaqla dini ibadətlərə də icazə verilir. Yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir. İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədilə COVID-19 xəstəliyinin əlamətlərini hiss edən şəxslər məscidə və digər ibadət yerlərinə buraxılmır.

Məscid və digər ibadət yerlərinə gələn şəxslər mütləq COVID-19 pasportunu (peyvənd vurulmasına dair və ya immunitet sertifikatını) təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidir. İbadət yerində olarkən onların arasındakı məsafə 4 bir tərəfdən minimum 1,5 metr, sahə imkan verdikdə isə daha çox olmalı, məsciddə ibadət etmək istəyən şəxslər təharətli olmalı, dəstəmaz zərurəti yarandıqda onlar öz şəxsi dəsmallarından istifadə etməli, özləri ilə səccadə və möhür gətirməlidir.

Eləcə də ibadət etmək istəyən şəxslər məscidə yalnız namaz vaxtı, digər ibadət yerlərinə müvafiq ibadətlər icra olunan zaman gəlməli və namaz (ibadət) bitdikdən sonra məscidi (ibadət yerini) tərk etməlidirlər. Bu zaman ictimai yerlərdə qruplarda cəmlənməyə dair tələblərə ciddi əməl edilməlidir. Məscid və digər ibadət yerləri bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalı, hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir.

İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVID-19 pasportuna malik olan şəxslər içəri buraxılmalı və onların tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.

Eləcə də oxuyun:

  • COVID-19-u gizli keçirənlər immunitet sertifikatı ala bilərlərmi? Əlac ancaq...

  • Azərbaycanda açıq havada toyların keçirilməsi məsələsi müzakirə olunur

  • Məscidlər möminlərin üzünə açıldı - COVID-19 pasportsuz giriş yoxdur - REPORTAJ

Teqlər:
məscid, monitorinq, Mübariz Qurbanlı, COVID-19, epidemiya, Koronavirus, məhdudiyyət

Əsas mövzular