Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda Azərbaycan və Pakistan hərbçiləri əməliyyat planlaşdırmasını müzakirə ediblər

© AR Ministry of DefenceBakıda Azərbaycan və Pakistan hərbçiləri əməliyyat planlaşdırması məsələlərini müzakirə edib
Bakıda Azərbaycan və Pakistan hərbçiləri əməliyyat planlaşdırması məsələlərini müzakirə edib - Sputnik Azərbaycan, 1920, 09.06.2021
Abunə olmaq
Tərəflər hər iki ölkə ordularının müxtəlif qoşun növləri və bölmələri arasında əməliyyat uyarlığının təmin edilməsi, birgə əməliyyat təlimlərinin planlaşdırılması və keçirilməsinə dair fikir mübadiləsi aparıb.

BAKI, 9 iyun — Sputnik. İyunun 9-da Müdafiə Nazirliyində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Ayaz Həsənov Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tərəflər hər iki ölkə ordularının müxtəlif qoşun növləri və bölmələri arasında əməliyyat uyarlığının təmin edilməsi, birgə əməliyyat təlimlərinin planlaşdırılması və keçirilməsinə dair fikir mübadiləsi aparıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Xatırladaq ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasında səfərdədir.

Pakistan HDQ komandanı admiral Məhəmməd Amcad Xan Niyazi ilə Azərbaycan HDQ komandanı kontr-admiral Sübhan Bəkirov arasında ötən gün keçirilən görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Admiral Məhəmməd Amcad Xan Niyazi Vətən müharibəsində qazanılan qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Geniş tərkibdə davam edən görüşdə, Pakistan HDQ-nin strukturu, əməliyyat imkanları, regional və daxili təhlükəsizlik mühiti, eləcə də qarşıda duran tapşırıqlar barədə brifinq təqdim olunub, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0