CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahdan Bakıda qadağalardan biri aradan qalxır

© Photo : Social media page of Heydar Aliyev International AirportЭкспресс автобус, фото из архива
Экспресс автобус, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.06.2021
Abunə olmaq
H1 ekspres marşrut xətti üzrə avtobuslar müəyyən olunan hərəkət sxeminə uyğun olaraq sərnişinlərimizin xidmətində olacaq.

BAKI, 6 iyun - Sputnik. Bazar ertəsi, iyunun 7-dən Hava limanı - “28 May” - H1 ekspres marşrut xətti üzrə sərnişindaşımaları bərpa edilir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi sosial şəbəkədə elan yerləşdirib.

Qeyd olunur ki, H1 ekspres marşrut xətti üzrə avtobuslar müəyyən olunan hərəkət sxeminə uyğun olaraq sərnişinlərimizin xidmətində olacaq. O da bildirilib ki, qiymət və dayanacaqlar dəyişilməyib: gediş haqqı 1,30 manat, 28 May-Suraxanı yerüstü keçid (Baku Expo mərkəzi yaxınlığı) - Hava limanı və əks istiqamətdir.

Marşrutun hərəkət cədvəli ilə bu linkdən tanış olmaq mümkündür.

Bildirək ki, iyunun 10-dan etibarən Rusiya və Türkiyə vətəndaşları da hava yolu ilə Azərbaycana səfər edə biləcəklər. 

Eləcə də oxuyun:

  • İyunun 10-dan Rusiya vətəndaşları hava yolu ilə Azərbaycana səfər edə biləcəklər

  •  AZAL Moskva istiqamətində uçuşların sayını artırır

  •  Bakıda bu yollar on gün bağlı olacaq

Xəbər lenti
0