13:11 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
3252

"Bakıda da oxşar sistem qurmaq istədilər, yol ötürücüləri, tunellər və körpülər tikildi. Amma təəssüf ki, onların əksəriyyəti heç bir standarta cavab vermədiyi üçün tıxacların da qarşısı alınmır" - Eldəniz Cəfərov

BAKI, 2 iyun — Sputnik, Nigar İsgəndərova. "Bakıda nəqliyyatın vəziyyəti tamamilə iflicdir. Dar küçələrdə tikintilərin aparılması yollardakı vəziyyəti daha da ağırlaşdırır. Açıq deyək ki, Bakıda nəqliyyatı tənzimləməli olan qurumlar bu işin öhdəsindən gələ bilmirlər". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov metronun qapalı olduğu aylarda nəqliyyatın vəziyyətinin tamamilə iflic olmasına münasibət bildirərkən deyib. 

O vəziyyətdən çıxış yollarını açıqlayıb: "Bakı bir o qədər də böyük şəhər deyil. Bakıdan da böyük şəhərlər var ki, o şəhərlərdə nəqliyyat tənzimlənir. Çünki həmin ölkələrdə konkret olaraq bu sahə üzrə ixisaslaşan, peşəkar şəxslər öz işlərini görürlər və yollarla bağlı yaranan problemi aradan qaldıra bilirlər. Azərbaycanda isə bu belə deyil. Mütəxəssislər lazımi yerlərdə, lazımi vəzifələrdə deyillər. Bu səbəbdən də Bakının yol, tıxac problemi düzəlmir. Bundan başqa, bəzi vəzifəli şəxslərin laqeydliyi də problemin həllinə maneədir. Bəziləri şəxsi maraqlarını dövlət, vətəndaş marağından daha üstün tuturlar".

"Problemlərin həlli mümkündür, ilk olaraq qanunsuz tikintilər nəzarətə götürülməlidir. Hansısa şirkət yolun bir hissəsini parklanmaya ayıra bilməz. Bununla yanaşı, digər problem də var. Parklanma yerləri sökülür və onun yerində binalar tikilirsə, təbii ki, tıxacların qarşısını ala, avtomobillərin parkını yarada bilmərik. Təbii ki, belə olan halda Bakıda tıxacların qarşısını ala bilmərik", - deyə o əlavə edib.

Ekspert deyir ki, vəziyyətdən çıxış yolu olaraq müxtəlif ölkələrin - Türkiyə, Rusiyanın təcrübələrindən yararlanmaq olar: "Məsələn, 2, 3 və çoxyaruslu yolların salınması mümkündür. Bakıda da buna oxşar sistem qurmaq istədilər, yol ötürücüləri, tunellər və körpülər tikildi. Amma təəssüf ki, onların əksəriyyəti heç bir standarta cavab vermədiyi üçün tıxacların da qarşısı alınmır. Bu səbəbdən də Bakının yenidən layihələnməsinə ehtiyac var. Lakin düşünmürəm ki, layihələndirmə bu yaxın müddətdə mümkün olacaq".

"Özbaşına həyata keçirilən tikintilərin monitorinqi aparılmalı, onların qarşısı alınmalıdır. Köhnə avtomobillərin gətirilməsini əngəlləmək lazımdır. Düzdür, bununla Bakı şəhərində avtomatlaşma bir qədər azalacaq. Bakı ətrafından çoxyaruslu yolların tikintisini başlayıb, sonra bu tikintiləri mərkəzə doğru gətirmək olar. Bundan başqa, mərkəzləşməni Bakıdan kənara daşımaqla da sıxlığın qarşısını almaq olar.

Bundan başqa, Bakının mərkəzində biznes, iri ticarət mərkəzləri tikilməsə, bu mərkəzlər yalnız şəhərdən kənarda tikilmiş olsa, o zaman bu planları həyata keçirmək mümkün olar", - deyə E.Cəfərov əlavə edib.

Eləcə də oxuyun:

  • Gözəgörünməz əl Bakıda xəlvəti işlər çevirir? Sərnişinlər yolda qalıblar

  • Hərədən bir "ixtira": Bakıda qanunsuz parklanma erasına son qoyulacaq - FOTO
  • Bu yollarda sürət həddi aşağı salınacaq

  •  "Çoxdayəli" sistem: sizin evinizə gedib çıxmağınız heç kimə maraqlı deyil

  •  Məktəblər açılıb, camaat yollarda qalıb - Abşeronun köhnə dərdi

Teqlər:
həll, problem, nəqliyyat, tıxac, yol, Bakı

Əsas mövzular