QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İşğaldan azad edilmiş ərazilərimizdə xəritəçəkmə işləri nə yerdədir? Rəsmi

© pixabay / pivisoКарта, фото из архива
Карта, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.05.2021
Abunə olmaq
"Biz Avropaya, elektron formada xəritə hazırlayanlara məktub göndəririk. Azərbaycanın işğaldan azad olunmuş yerlərinin adları da yaxın günlərdə onlara göndəriləcək" - Fuad Rəsulov

BAKI, 22 may — Sputnik, Zülfiyyə Quluyeva. "Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən hələ ki Şuşada xəritəçəkmə işləri başa çatıb. Digər rayonlarda isə bu iş davam etdirilir".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında "Geodeziya və Kartoqrafiya" MMC-nin marketinq şöbəsinin müdiri Fuad Rəsulov bildirib. O deyib ki, hal-hazırda bu istiqamətdə işlər davam etdirilir:

"Hazırda xəritəçəkənlərimiz Qarabağda işləyirlər. Dronlarla xəritəçəkmə işləri davam etdirilir. Şuşanın xəritəsi artıq hazırdır. Digər işğaldan azad edilmiş rayonlarımızın da xəritəçəkmə işləri aparılır. Yaxın zamanda yenilənmiş versiyada xəritələrimizi nəşr edəcəyik. Redaktə təsdiqləndikdən sonra xəritəmiz yeni yer adlarıyla çap olunacaq".

F.Rəsulov işğaldan azad olunmuş torpaqlarımızın yeni adlarının elektron xəritələrdə də əksini tapacağını söyləyib. Onun sözlərinə görə, artıq bu istiqamətdə də iş aparılır: "Biz Avropaya, elektron formada xəritə hazırlayanlara məktub göndəririk. Azərbaycanın işğaldan azad olunmuş yerlərinin adları da yaxın günlərdə onlara göndəriləcək".

Şöbə müdiri deyir ki, həmin adların "Google Maps"-də də yeni adlarla çıxması üçün "Google" tərəfindən yeni adlar yerləşdirilməlidir.

Həmçinin oxuyun:

* Ceyhun Bayramov: "Ermənistan 10 noyabr bəyanatının şərtlərini pozur"

* Rusiyanın Cənubi Qafqaz narahatlığı - yeni münaqişəni istəmirlər

* Paşinyan Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsinin vacib olduğunu bildirib

* Rəsmi Bakı Hindistana cavab verdi

 

Xəbər lenti
0