11:55 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
RUSİYA
Qısa URL
71

Azərbaycan və Ermənistan arasında demarkasiya olmadığına görə, bu məsələ Rusiyanın vasitəçiliyi ilə həllini tapa bilər.

BAKI, 21 may — Sputnik, Elvin Səlimov. Mayın 19-da Azərbaycanın Baş naziri Əli Əsədovun Rusiya Federasiyasına rəsmi səfəri baş tutub. Səfər çərçivəsində Baş nazir və nümayəndə heyətinin üzvləri Rusiya baş naziri Mixail Mişustin və hökumət üzvlərilə danışıqlar aparıblar.

Sputnik Azərbaycan Baş naziri Əli Əsədovun Rusiyaya səfərinin Azərbaycan-Rusiya əlaqələrinin siyasi, iqtisadi baxımdan əhəmiyyətini öyrənib. Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyev və iqtisadçı ekspert Fuad İbrahimli fikirlərini bölüşüb.

Millət vəkili Arzu Nağıyev deyib ki, Azərbaycan-Rusiya münasibətləri davamlı olaraq inkişaf edir və bu əlaqələr strateji xarakter daşıyır: "Rusiya və Azərbaycan işğaldan azad edilmiş ərazilərlə bir sıra məsələlərin həlli üçün davamlı müzakirələr aparır. Xüsusən də üçtərəfli bəyanatdakı müddəaların icrası üçün komissiyalar işini davam etdirir. Rusiya sülhməramlıların bölgədəki fəaliyyəti də baş nazirlərin görüşündə müzakirə obyekti olub".

Millət vəkili qeyd edib ki, Azərbaycan və Ermənistan arasında demarkasiya olmadığına görə, bu məsələ Rusiyanın vasitəçiliyi ilə həllini tapa bilər: "Rusiyada keçmiş SSRİ dövründə mövcud olmuş xəritələr var, eyni zamanda müasir texnoloji sistemlərlə məsələlərin həllini sürətləndirmək mümkündür. Təbii ki, Rusiya elə addımlar atmağa çalışır ki, Cənubi Qafqazda yeni münaqişə alovlanmasın. Rusiya regionda münaqişə ocaqlarının artmasında maraqlı deyil".

İqtisadçı ekspert Fuad İbrahimli isə deyib ki, Azərbaycan və Rusiya MDB məkanında ən vacib starteji partnyorlardır: "Azərbaycanın ticarət dövriyyəsində Rusiya ilə olan əlaqlər böyük pay təşkil edir. Eyni zamanda Azərbaycan qeyri-neft sektorunda Rusiya əsas ixracatçıdır".

Ekspert bildirib ki, uzun illərdir Rusiya və Azərbaycan hökumətləri arasında çoxtərəfli sazişlər bağlanıb və bu sazişlərin icra mexanizminə yenidən nəzər salına bilər. Onun fikrincə işğaldan azad edilmiş ərazilərin dirçəldilməsində Rusiya şirkətlərinin iştirakı müzakirə obyekti ola bilər: "Regionun iqtisadi inkişafına dinamiklik gətirə biləcək və həm Rusiya, həm Azərbaycan, həm Ermənistan, həm də Türkiyə üçün əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin açılması müzakirələrdə başlıca yer tutur. Mən hesab edirəm ki, dəhlizin açılması iqtisadi cəhətdən səmərəli olacaq. İndiki dövrdə Rusiya ilə keçirilən ikitərəfli bütün görüşlər bizim üçün əhəmiyyətlidir".

Həmçinin oxuyun:

Əli Əsədov Moskvaya nə üçün gedib

Mişustin: Qarabağ razılaşması Cənubi Qafqazın bütün dövlətlərinin maraqlarına cavab verir

Əsas mövzular