BAKI, 19 may — Sputnik. Müğənni Nura Suri məktəblərin açılmasına etrazını bildirib. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazıb: "Çox maraqlıdır, kim düşünüb məktəbləri yay tətilinə çıxmasına 20-30 gün qalmış "Formula"ya görə bağlanmış şəhərimizi nəzərə almayaraq açmağı? Uşaqlar güc-bəla ilə onlayn dərslərə öyrəşiblər. İmtahan bir tərəfdən, səhər saatlarla və dərsdən qayıdanda tıxacda".
"Ağızlarında səhərdən 8 saat maskayla bu uşaqlara bu əziyyəti verməkdə məqsəd nədir? Adi insanları düşünən var? Camaat işə necə gedib-gəlsin? Bu isti havada insanlar niyə əziyyət çəksinlər? 2020-nin martından əziyyət çəkirik də onsuz da", - deyə N.Suri əlavə edib.
Eləcə də oxuyun:
* Şagirdlər üçün maska taxmaq məcburidir? - Nazirlikdən rəsmi mövqe