CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda velosiped yolunun uzunluğu 250 kilometrə çatdırılacaq

© AFP 2023 / NOEL CELISВелосипедист, фото из архива
Велосипедист, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.05.2021
Abunə olmaq
Vüsal Kərimlinin sözlərinə əsasən, 19 il ərzində paytaxtda əlavə olaraq 243, 5 kilometr velosiped yolu salınacaq.

BAKI, 17 may — Sputnik. Bakıda velosiped yolunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər davam etdirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, artıq bununla bağlı Dənizkənarı Milli Park ərazisində 7,5 kilometr velosiped yolu çəkilib: "Bu proses davam etdirilir, 2023-cü ilə qədər Bakıda 63,5 kilometr uzunluğunda velosiped yolu olacaq. 2040-cı ildə isə Bakıda 251 kilometr uzunluğunda velosiped yolunun çəkilməsi planlaşdırılır".

Xəbər lenti
0