BAKI, 17 may — Sputnik. Bakıda velosiped yolunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər davam etdirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
O bildirib ki, artıq bununla bağlı Dənizkənarı Milli Park ərazisində 7,5 kilometr velosiped yolu çəkilib: "Bu proses davam etdirilir, 2023-cü ilə qədər Bakıda 63,5 kilometr uzunluğunda velosiped yolu olacaq. 2040-cı ildə isə Bakıda 251 kilometr uzunluğunda velosiped yolunun çəkilməsi planlaşdırılır".