13:08 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
259

Hazırda gündəlik olaraq 600 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 33%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir. Sabahdan isə daha yeddi marşrut üzrə avtobuslarda sərnişinlər "BakıKart"la ödəniş edə biləcəklər.

BAKI, 16 may — Sputnik. Bakıda 7 marşrut üzrə avtobuslar nağdsız ödəniş sisteminə inteqrasiya edəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, sərnişindaşımalarda nağdsız ödənişlərin tətbiqi davam etdirilir.

Dövlət başçısının tapşırığına uyğun olaraq artıq paytaxtın marşrut şəbəkəsinin 35%-də ümumi dövriyyənin şəffaflaşdırılması mümkün olub. Bu isə vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır.

Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir. Hazırda gündəlik olaraq 600 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 33%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

Mayın 17-dən 20-dək daha 7 müntəzəm marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Belə ki, 17.05.2021-ci il tarixində 29 və 81, 18.05.2021-ci il tarixində 71 və 83, 19.05.2021-ci il tarixində 53 və 66, 20.05.2021-ci il tarixində 31 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək. Bununla da "BakıKart" sisteminə inteqrasiya edilən marşrutların sayı 60-a çatacaq. İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Eləcə də oxuyun: 

Bakı küçələrindən birində hərəkəti əks istiqamətə saldılar

* BNA: Nəqliyyat vasitələrini səkilərdə və ağacların altında park etməyin

* Səlahiyyətsiz sürücülər və qanunçul BNA - Sonda əzab çəkən yenə sərnişin olur

 

Teqlər:
keçid, marşrut, "BakıKart", avtobus, BNA

Əsas mövzular