BAKI, 13 may - Sputnik. Bakının Mətbuat prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılıb və qarşı zolağa yönəldilib. Sputnik Azərbaycan bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, Mətbuat prospektində Məmməd Rahim küçəsi ilə kəsişmədən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməyədək olan hissədə təmir işləri aparılır. Bu səbəbdən də Mətbuat prospektində Məmməd Rahim küçəsi ilə kəsişmədən A.Şərifzadə küçəsi ilə kəsişməyə qədər məhdudiyyət qoyulub və həmin hissədə nəqliyyat müvəqqəti olaraq yolun əks hərəkət olan hissəsinə yönləndirilir.
Aparılan təmir işləri Mətbuat prospektində və A.Şərifzadə küçəsində həmin hissədə sıxlığa səbəb olur.