01:57 28 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
CƏMİYYƏT
Qısa URL
14 0 0

İtkin düşən 16 yaşlı şəxsin evdən çıxarkən əynində tünd-qırmızı rəngli gödəkçə, qara cins şalvar, qara idman ayaqqabısı və qırmızı rəngli köynək olub

BAKI, 9 fevral — Sputnik. Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan, 2005-ci il təvəllüdlü Elcan Dəmirov tapılaraq ailəsinə təhvil verilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

-------

11:29

Bakıda 16 yaşlı yeniyetmə itkin düşüb. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan, 2005-ci il təvəllüdlü Elcan Dəmirov 2021-ci ilin fevralın 8-də diş həkiminə getmək adı ilə evdən çıxaraq geri qayıtmayıb.

© AR Ministry of Internal Affairs
2005-ci il təvəllüdlü Elcan Dəmirov

Evdən çıxarkən əynində tünd-qırmızı rəngli gödəkçə, qara cins şalvar, qara idman ayaqqabısı və qırmızı rəngli köynək olub. Boyu təxminən 160-165 sm, sol qolunun aşağı hissəsində xüsusi əlamət sayılan 4-5 sm-lik kəsilmiş yara-çapıq izi var.

Şəkildə gördüyünüz yeniyetməni görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 410-00-40 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Teqlər:
Bakı, oğlan, yeniyetmə, itkin

Əsas mövzular