https://sputnik.az/20210209/itkin-dusub-yeniyetme-426176758.html
Bakıda itkin düşən oğlan tapıldı - YENİLƏNİB
Bakıda itkin düşən oğlan tapıldı - YENİLƏNİB
Sputnik Azərbaycan
İtkin düşən 16 yaşlı şəxsin evdən çıxarkən əynində tünd-qırmızı rəngli gödəkçə, qara cins şalvar, qara idman ayaqqabısı və qırmızı rəngli köynək olub 09.02.2021, Sputnik Azərbaycan
2021-02-09T12:09+0400
2021-02-09T12:09+0400
2021-11-16T23:42+0400
https://cdnn1.img.sputnik.az/img/42223/62/422236260_0:156:2860:1773_1920x0_80_0_0_c4ab276298e9187d7ee588dc11178410.jpg
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42223/62/422236260_0:66:2860:1863_1920x0_80_0_0_411a0d0a6eca8e50d39d9a0d7f77b7c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Bakıda itkin düşən oğlan tapıldı - YENİLƏNİB
12:09 09.02.2021 (Yenilənib: 23:42 16.11.2021) İtkin düşən 16 yaşlı şəxsin evdən çıxarkən əynində tünd-qırmızı rəngli gödəkçə, qara cins şalvar, qara idman ayaqqabısı və qırmızı rəngli köynək olub
BAKI, 9 fevral — Sputnik. Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan, 2005-ci il təvəllüdlü Elcan Dəmirov tapılaraq ailəsinə təhvil verilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
-------
11:29
Bakıda 16 yaşlı yeniyetmə itkin düşüb. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan, 2005-ci il təvəllüdlü Elcan Dəmirov 2021-ci ilin fevralın 8-də diş həkiminə getmək adı ilə evdən çıxaraq geri qayıtmayıb.
Evdən çıxarkən əynində tünd-qırmızı rəngli gödəkçə, qara cins şalvar, qara idman ayaqqabısı və qırmızı rəngli köynək olub. Boyu təxminən 160-165 sm, sol qolunun aşağı hissəsində xüsusi əlamət sayılan 4-5 sm-lik kəsilmiş yara-çapıq izi var.
Şəkildə gördüyünüz yeniyetməni görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 410-00-40 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.