22:28 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
9 0 0

Baş Nazir Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb

BAKI, 30 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 30-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya telefonla zəng edib.

Sputnik Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına istinadla bildirir ki, Baş Nazir Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Fuat Oktay telefon zənginə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Egey dənizi bölgəsi ilə yanaşı, İstanbul və Mərmərə bölgəsində də hiss olunub.

Türkiyə Fövqəladə Hallar Nazirliyinin (AFAD) məlumatına görə, zəlzələnin episentri İzmirin Seferihisar rayonudur. On iki binada xilasetmə işləri aparılır. İnsanlar panikaya düşərək küçələrə çıxıblar.

Zəlzələdə xəsarət alanların sayı 202-yə çatıb, 6 nəfər həlak olub, onlardan biri boğularaq ölüb. İzmir valisi 70 nəfərin dağıntılar altından sağ qurtarıldığını açıqlayıb.

Əlaqədar

Ərdoğan: "Dövlətimizin bütün imkanları ilə zəlzələdən əziyyət çəkənlərin yanındayıq"
Ceyhun Bayramov İzmirdəki zəlzələ barədə: "Keçmiş olsun, dualarımız sizinlə!"
İlham Əliyev Ərdoğana zəng vurdu: Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq
Türkiyə və Yunanıstan XİN rəhbərləri razılığa gəldilər – Zəlzələyə görə
Türkiyədə bir gündə iki zəlzələ: ölən və xəsarət alanların sayı artdı - YENİLƏNİB
Teqlər:
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay, Əli Əsədov, zəlzələ, İzmir, Türkiyə

Əsas mövzular