CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalqımın toy kimi bir adəti var... Operativ Qərargah “toplantılara” icazə verəcəkmi?

© AFP 2024 / SAFIN HAMEDНевеста, фото из архива
Невеста, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hamı deyir “toy olsun”. Amma maska taxılmadığı, ara məsafəsi gözlənilmədiyi, hamının bir-biri ilə öpüşüb-görüşdüyü şənliyin sonu necə olacaq?

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 avqust — Sputnik. Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın (Azərbaycan Milli Elmlər Akademiyası) prezidenti Ramiz Mehdiyevin nəvəsinin karantin dövründə baş tutan toyu ilə bağlı qalmaqaldan sonra toyların keçirilməsi mövzusu yenidən gündəmi zəbt edib. Artıq ən müxtəlif səviyyələrdə ölkədə toyların keçirilməsinə müəyyən şərtlər daxilində icazə verilməsi ilə bağlı təkliflər səsləndirilir.

Новобрачные, фото из архива - Sputnik Azərbaycan
Türkiyənin 14 vilayətində toy, nişan və digər mərasimlər qadağan olunub

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, toyların keçirilməsi ilə bağlı məsələ çox vacibdir. Onun fikrincə, Nazirlər Kabineti yanında Operativ Qərargah bununla əlaqədar öz qərarını verməlidir: "Toyların keçirilməsinə müəyyən şərtlər daxilində icazə verilməlidir. İnsanlar karantin qaydalarına əməl etməli, tibbi maskadan istifadə etməli və ara məsafəsini qorumalıdır. Toyda iştirakla bağlı müəyyən say həddi tətbiq edilməlidir. Bəzi şəxslər var ki, 1-2 ildir ki, nişanlıdır. Elə məqam gəlir çatır ki, onlar bu toyu etmək istəyirlər. Bunu qınamaq da olmur. Hesab edirəm ki, toyların keçirilməsinə icazə vermək lazımdır. Əlbəttə ki, hazırda toyların keçirilməsi müəyyən problemlər yarada, xəstəliyin artmasına səbəb ola bilər. Ancaq hazırda Operativ Qərargah tərəfindən toyların keçirilməsi qadağan edilib. Belə bir şəraitdə toyları keçirmək lazım deyil. Hər bir şəxs müəyyən olunan qaydalara əməl etməlidir".

Sputnik Azərbaycan bu təkliflərin reallaşmasının nə dərəcədə mümkünlüyünü araşdırıb.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus əsasən hava-damcı yolu ilə yayıldığından, bu virusun insanların sıx toplaşdığı, ara məsafəsi saxlanılmadığı, eləcə də tibbi maskadan istifadə etmədiyi yerlərdə yayılma riski yüksəkdir: "Toy mərasimləri elə bir adətlərimizdəndir ki, orada insanlar sıx toplaşır, şənlənir, yemək yeyirlər. Toylarda maskadan istifadə mümkün deyil!. İnsanlar rəqs edir, bir-biriləri ilə görüşür, gözaydınlığı verirlər. Belə bir mühitdə virusun yayılmasına şərait yaranır".

C.İsayev açıq havada restoranların fəaliyyətinə icazənin verilməsi ilə açıq havada toyların təşkilini eyniləşdirməyin düzgün olmadığını söyləyir. O bildirir ki, toylar üçün yeni mexanizmlər hazırlanarsa, bu haqda danışmaq olar: "Azərbaycanda toylar təkcə ailə üzvlərinin iştirakı ilə keçirilmir. Toya qohum-əqrəba, dost-tanış dəvət olunur. Dəvət edilən qonaqların sayı az olarsa, açıq havada toyların keçirilməsini müzakirə etmək olar".

Toy, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Toy əhvalatı"nın davamı - Ombudsman, deputat və "Eurovision" təmsilçimiz də cəzalandılar

Professor Adil Qeybulla isə hava şəraitinin imkan verdiyi müddətdə açıq hava məkanlarında müəyyən edilmiş normativlər çərçivəsində toyların təşkili üzrə qaydaların müəyyən olunmasının tərəfdarıdır. O bildirir ki, ikinci mərhələdə yaxın qohumların iştirakı ilə karantin qaydalarına ciddi əməl etməklə toyların keçirilməsi üçün qapalı məkanlar üçün qaydalar müəyyən edilməlidir: "Toyların, ad günlərinin və digər kütləvi tədbirlərin müəyyən edilmiş formatda və konkret təlimatlarla keçirilməsi təmin olunmalıdır. Əks halda, insanlar göründüyü kimi qanunu pozaraq gizli toy edirlər".

Qeyd edək ki, artıq qonşu Türkiyənin 14 vilayətində toy, nişan, xınayaxdı və digər mərasimlərin keçirilməsi müvəqqəti qadağan olunub. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qadağa paytaxt Ankara da daxil olmaqla, Adana, Ağrı, Bursa, Çorum, Diyarbəkir, Ərzurum, Qaziantep, Kayseri, Konya, Mardin, Şanlıurfa, Van və Yozqat vilayətlərinə şamil edilir.

Məlumat üçün bildirək ki, Türkiyənin bu vilayətlərində nikah mərasimləri 1 saat müddətinə başa çatmalıdır. Bundan əlavə, bəy və gəlinin ən yaxın qohumları mərasimə buraxılacaq. Yaşı 65-dən yuxarı, 15-dən aşağı olan şəxslərin mərasim zalına daxil olması qadağan edilib.

Xəbər lenti
0