CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Toy əhvalatı"nın davamı - Ombudsman, deputat və "Eurovision" təmsilçimiz də cəzalandılar

CC0 / Jeremy Wong / weddingToy, arxiv şəkli
Toy, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Siyavuş Novruzov, onun həyat yoldaşı - Ombudsman Səbinə Əliyeva hərəyə 400 manat cərimələniblər. Eyni aqibət Muradla Aysel Adıgözəlzadələrin başına da gəlib.

BAKI, 23 avqust - Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha üç nəfər cərimələnib.

Millət vəkili Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva və filarmoniyanın direktorunun həyat yoldaşı Aysel Adıgözəlzadə sabiq millət vəkili İlham Əliyevin karantin qaydalarını pozaraq övladı üçün təşkil etdiyi toy mərasimində iştirak etdiklərinə görə cərimələniblər.

Hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə edilib.

Bu gün BDU-nun sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə də sabiq millət vəkili İlham Əliyevin karantin qaydalarını pozaraq övladı üçün təşkil etdiyi toy mərasimində iştirak etdiklərinə görə 400 manat cərimələniblər.

Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Xəbər lenti
0