06:05 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
17 0 0

Azərbaycanlı yazıçı və dramaturq İsmayıl İmanın "Big in Japan" ("Yaponiyada böyük") əsəri Rusiyanın "Lyubimovka" Gənc dramaturgiya Festivalının şort-listinə daxil edilib.

BAKI, 4 avqust — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı yazıçı və dramaturq İsmayıl İmanın "Big in Japan" ("Yaponiyada böyük") əsəri Rusiyanın "Lyubimovka" Gənc dramaturgiya Festivalının şort-listinə daxil edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu günlərdə "Lyubimovka" gənc dramaturqlar festivalı şort-listini açıqlayıb. Buraya Bakı, Sofiya, Kiyev, Moskva, Peterburq, Ufa, Almatı, Nijnevartovska, Şahovskaya, Samara, Omsk, Minsk, Ryazan və Vladivastokdan olan müəlliflərin 24 pyesi daxil edilib.

"Lyubimovka" festivalının mətbuat xidmətinin məlumatına görə, bu il festivalın 30 illik tarixində ilk dəfə olaraq 25 ölkənin 125 şəhərindən 815 pyes təqdim edilib.

Müsabiqənin iştirakçısı olmaq üçün 45 yaşına çatmamış, rus dilində yaza bilən istənilən müəllif iştirak edə bilər. Elanlar festivalın saytında verilmişdir. Göndərilmiş mətnlərdən oxucular ən yaxşılarını seçib siyahıya daxil edib, bununla da festivalın əsas proqramı təşkil edilib.

Şort listə daxil olan bütün pyeslər "Lyubimovka" festivalının saytında dərc olunub.

Şort listə (siyahıya) Yekaterina Avgustenyakın "İndeks silsiləsi", Vikenti Bryızın "Vas ölkəsi", İqor Vitrenkonun "Mən axmaq kimi rəqs edirəm", Lidiya Qolovanovanın "Dəliklər", Daniil Qurskinin "Deinosdina", Sergey Davıdovun "Respublika", Artyom Yefimenkonun "Danışa bilmirəm", Aleksey Jitkovskinin "Kobe Bryant", İsmayıl İmanın "Big in Japan", Aynur Kərimin "Pasport", Natalya Lizorkinanın "Vatukovdan Petya", Mariya Maluxinanın "Ölü baş", Darya Morozovanın "Sakit ev", Serafima Orlovanın "Çayın kənarındakı (materiallar)", Katerina Penkovanın "Adını xatırlamıram", Svetlana Petriyçukun "Tuareqlər", Elina Petrovanın "Qeydlər kəsilir", Lena Petuxova və Sergey Azeevin "Mənə Qrenlandiya haqqında danışın", Olya Potapovanın "Uşaqlar üçün kibrit", Marta Raitsesin "Selin Dion üçün pion", Yulia Savikovskayanın "Sızma", Yekaterina Timofeyevanın "Qədim Yunanıstanda sevginin 7 kateqoriyası", Kasya Çekatovskayanın "Ədəbli", Elena Şetininanın "Divarda donuz" kimi pyesləri seçilib.

Yazıçı-dramaturq İsmayıl İman pyes üzərində işi 2020-ci ildə tamamlayıb. Onun sözlərinə görə, pyes, müasir gənclərin problemlərindən bəhs edir. İsmayıl İman bir çox əsərlərin, o cümlədən "Sevil", "Limbo", "Astara bağları" və digərlərinin müəllifidir. Onun əsərlərinə tez-tez "dOM theatre" interaktiv teatrının repertuarında rast gəlmək mümkündür. İman həmçinin "Mənim balaca şahzadəm" Azərbaycan qısametrajlı cizgi filminin ssenari müəllifidir.

Təşkilat komitəsinin məlumatına görə, seçilmiş pyeslər rejissor oxunuşları formasında təqdim ediləcək. Oxunuşlar 5-12 sentyabr tarixlərində "8/3" adlı səhnədə karantin qaydalarına əməl edilərək keçiriləcək. Hər oxunuşdan sonra müəllifin, auditoriyanın və teatr mütəxəssislərinin iştirakı ilə müzakirələr təşkil ediləcək.

Teatr tənqidçisi, builki festivalın qiraətçisi, uzun müddət "Lyubimovka"nın bədii rəhbəri Anna Banasukeviç deyir: "Lyubimovka"nın afişası bu il siyasi və sosial vurğusu ilə diqqəti öz üzərinə çəkir. Hazırkı vaxtda şəxsi məsələ, ailə hekayəsi, münasibətlər (Svetlana Petriyçukun "Tuareqlər", Katerina Penkovanın "Adını xatırlamıram"), aktual hadisələr apokaliptik fantaziyanın başlanğıc nöqtəsi olur (Serafima Orlovanın "Çayın kənarındakı (materiallar)". Bəli, müasir dramaturgiya əvvəlki kimi şəxsi hisslərdən və intonasiyadan uzaqlaşır, ancaq ictimai əhval-ruhiyyə, aktual müzakirələr (misal üçün, gender münasibətləri) getdikcə yeni mətnlərin araşdırma mövzsuna çevrilir".

30 ildən artıqdır ki, gənc dramaturqların özünü realizəsinə geniş imkanlar yaradan Lyubimovka Gənc Dramaturqlar Festivalı rus dramaturqlarının azad, qeyri-kommersiv kollektiv layihəsidir. Festival ilk illərində Moskva yaxınlığında yerləşən Konstantin Sergeyeviç Stanislavskinin mülkündə keçirilirdi.

İsmayıl İman bir çox əsərlərin, o cümlədən "Sevil", "Limbo", "Astara bağları" və digərlərinin müəllifidir. Onun əsərlərinə tez-tez "dOM theatre" interaktiv teatrının repertuarında rast gəlmək mümkündür. İman həmçinin "Mənim balaca şahzadəm" Azərbaycan qısametrajlı cizgi filminin ssenari müəllifidir.

Əsas mövzular